Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6717

Digər sorğular

Sabahın havası: Qar yağacaq, yollar buz bağlayacaq

14:29  |    10 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Fevralın 11-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 1-6° şaxta olacaq. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
Ağlasığmaz etiraf: Xocalıda zorlayır, diri-diri yandırırdıq...
27.02.2020
Kommunal xidmətlərlə bağlı SƏRƏNCAM
27.02.2020
SON DƏQİQƏ! "Türk Hava Yolları" koronavirusa görə Naxçıvana uçuşları dayandırdı
27.02.2020
Xatunla Rüfətin dueti erməni mahnısı imiş... - VİDEO
27.02.2020
Koronavirusa yoluxan şəxsin Azərbaycanda yoxlanılma anı - VİDEO