Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6796

Digər sorğular

Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə ölüb

11:59  |    10 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET AXİ) daha 2 xəstə ölüb.

İnstitutdan APA-nın sorğusuna verilən cavaba görə, 1959-cü il təvəllüdlü şəxs xəstəxanaya yanvarın 31-də saat 11.25-də ağır vəziyyətdə ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı (II-III dərəcə), şəkərli diabet (II tip), diabetik nefropatiya diaqnozu ilə daxil olub və I Pulmonologiya şöbəsinə yerləşdirilib.

Pulmonoloq va endokrinoloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstənin vəziyyəti fevralın 9-da kəskin pisləşdiyindən dərhal I Reanimasiya şöbəsinə köçürülüb. Müvafiq reanimasion tədbirlər aparılıb. Lakin xəstədə əsas xəstəliyin ağırlaşması kimi kəskin ağciyər-ürək çatışmazlığı inkişaf edib və onda fevralın 10-da saat 04.20-də bioloji ölüm baş verib.

Məlumata əsasən, xəstəyə ET ACXİ-yə daxil olmazdan əvvəl yanvarın 9-da Tusi Klinikasında pnevmoniya diaqnozu qoyulub və stasionar müalicə tövsiyə edilib. O, yanvarın 17-nə kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonoloji şöbəsinda pnevmoniya, dəqiqləşdirilməmiş ağciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX), şəkərli diabet, 20-25 yanvar tarixlərində EGE Hospitalına ambulator müraciət edərək pnevmoniya, şəkərli diabet diaqnozları ilə hospitalizasiya edilib.

1944-cü il təvəllüdlü digər xəstə İnstituta fevralın 5-də saat 02.15-də ağır vəziyyətdə sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyət, xroniki böyrək çatışmazlığı (II mərhələ) diaqnozu ilə daxil olub və döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Xəstə yanvarın 23-28-i tarixlərində Qax Rayon Mərkəzi Xəstəxanasında soltərəfli pnevmoplevrit, xroniki böyrək çatışmazlığı diaqnozu ilə stasionar müalicə alıb. Vəziyyəti pisləşdiyinə görə, ET ACXI-yə göndərilib. Halı kəskin pisləşdiyindən aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə fevralın 9-da saat 08.50-da bioloji ölüm qeydə alınıb. Ölümün səbəbi ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması, xroniki böyrək çatışmazlığıdır.

Qeyd edək ki, son 4 ayda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 11 nəfər ölüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.04.2020
Bakıda ağır qəza: Xəsarət alanlar var
06.04.2020
Neftçalada ata və oğlunun su kanalında batmasının səbəbi bilinib - YENİLƏNİB
06.04.2020
Ağcabədidə iki qardaşın üstünə benzin töküb yandırdılar
05.04.2020
Sumqayıtda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı xəstəxanalıq oldu - FOTO
05.04.2020
Azərbaycanda kişi arvadının üstünə benzin töküb yandırdı - FOTO