Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6994

Digər sorğular

Nazir:“Biz aldığımızdan daha çox ödəyirik”

15:35  |    09 Fevral 2020  |   E-mail  |  Çapa göndər


“Xarici borcun qaytarılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlət borcunun uzunmüddətli idarə edilməsinə dair strategiya təsdiqlənib. Bu strategiyaya əsasən hədəflər və istiqamətlər göstərilir. Bu strategiyaya əsasən biz xarici dövlət borcumuzu və ümumiyyətlə dövlət borcumuzu mərhələli şəkildə azaltmalıyıq. Bununla əlaqədar yeni strategiya qəbul olunandan sonra xeyli nailiyyətlər əldə olunub”

“Report” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

“Yeni strategiya qəbul olunandan sonra bizim borcumuzun ÜDM-ə nisbətdə 5 faiz bəndi azalıb ki, bu da yaxşı göstəricidir. Amma bununla kifayətlənmirik, ölkə başçısı tərəfindən bizim qarşımıza daha böyük vəzifələr qoyulub və əsas işimiz ondan ibarətdir ki, xarici dövlət borcumuz üzrə ödənişləri daha artıq ödəyərək daha az borc alaq. Nəticədə büdcədə daha böyük saldo əmələ gəlir ki, bu da borcun azalmasına xidmət edəcək“, – deyə nazir bildirib.

Onun sözlərinə görə, həmin yanaşma ilə bizim işlərimiz daxili dövlət borclarımızın artırılmasını nəzərdə tutur: "Bu da onunla bağlıdır ki, hökumət və ümumiyyətlə iqtisadi orqanlar- Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi bu prosesdə maraqlıdır ki, maliyyə bazarlarında daxili dövlət borcu yəni istiqrazların həcmi artsın".

Nazir vurğulayıb ki, bildiyiniz kimi, 2020-ci ildən başlayaraq Maliyyə Nazirliyi tərəfindən 5 illik manatla istiqrazlar yerləşdirilib, bu da çox yaxşı bir göstəricidir: "Biz görürük ki, bu alətlərə bazar iştirakçılarının marağı artır, bu yaxınlarda biz iki illik borc kağızlarımızı bazarda yerləşdirmişik. Bu da uğurlu olub, bu kağızlara daha çox tələbat olub. Nəticə etibarı ilə biz auksionu kifayyət qədər aşağı 5,6%-lə yekunlaşdırdıq ki, bu da çox yaxşı göstəricidir. Yəni artıq faiz dərəcələri enir, bu da çox müsbət haldır".

S. Şərifov qeyd etdi ki, bazarda tələbin müəyyən hissəsi mərhələlərlə ödəniləcək: "Ümumi dövlət borcunun azalması çərçivəsində, əsasən xarici dövlət borcu azaldılacaq, sonra bir qədər daxili borc azaldılacaq. Yəni Azərbaycan borclanır, amma biz aldığımızdan daha çox ödəyirik və bunun nəticəsində dövlət borcumuz azalıb".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.08.2020
Bu mağazaların fəaliyyətinə yaxın günlərdə qərar veriləcək - Rəsmi
03.08.2020
Şadlıq sarayları artıq müflisləşməklə üz-üzədir - VİDEO
01.08.2020
Prezidentin ehtiyat fondu artırılır
01.08.2020
Neft Fondundan büdcəyə əlavə pul ayrılacaq - Məbləğ açıqlandı
31.07.2020
Büdcədən hərbçilərə ev kirayəsi haqqının ödənilməsinə əlavə vəsait ayrılacaq