Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6884

Digər sorğular

82 yaşlı məcburi köçkün: Ən böyük istəyim növbəti seçkilərin doğma torpaqlarımızda keçirilməsidir

13:20  |    09 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 119 saylı Ağdam kənd seçki dairəsinin tərkibinə daxil olan 42 seçki məntəqəsində keçirilir. Seçki məntəqələrinin 17-si rayonun işğal altında olmayan ərazilərində salınmış məcburi köçkün qəsəbələrində yerləşir.

AZƏRTAC-ın bölgə müxbiri Baharlı və Bənövşələr qəsəbələrində fəaliyyət göstərən 21 və 37 saylı seçki məntəqələrində olub, səsvermənin gedişini müşahidə edib.

Bənövşələr qəsəbə tam orta məktəbində yerləşən 21 saylı seçki məntəqəsində qələbəlikdir. Məcburi köçkünlər məntəqəyə gələrək sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.

Məntəqə seçki komissiyasının sədri Tünzalə Vəliməmmədova bildirib ki, 1380 seçicinin qeydə alındığı məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi, seçicilərin rahatlığı üçün hər cür şərait yaradılıb, tibb otağı, uşaqlı analar üçün otaqlar təşkil edilib. Səsvermə prosesini canlı izləmək üçün veb-kamera quraşdırılıb.

Səsvermədə iştirak edən Ağdam rayonunun Qızıllı Kəngərli kəndindən olan məcburi köçkün İsa Hüseynov seçkilərin təşkilindən razılıqla danışıb: “82 yaşım var. İstər sovet dövründə, istərsə də müstəqillik illərində çox seçkidə iştirak etmişəm. O vaxtkı seçkilərlə indiki seçkilər arasında fərq çoxdur. İndi istədiyimiz namizədə səs veririk. Hamı seçkidə fəal, ruh yüksəkliyi ilə iştirak edir. Ən böyük istəyim növbəti seçkiləri işğaldan azad edilmiş doğma torpaqlarımızda keçirməkdir”.

Səsvermənin gedişini izləyən müşahidəçilər Ayaz Cəfərov və Zaur Bağırov seçkilərin yüksək səviyyədə, demokratik şəraitdə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.

37 saylı seçki məntəqəsi isə Baharlı qəsəbəsində yerləşir. Məntəqə seçki komissiyasının sədri Samirə Abdullayevanın dediyinə görə, məntəqədə 1221 seçici qeydə alınıb. Qar yağmasına, havanın soyuq olmasına baxmayaraq seçicilərin fəallığı yüksəkdir.

Səsvermədə iştirak edən Habil Əsgərov deyib: "Bu gün ölkəmiz, xalqımız üçün mühüm əhəmiyyət daşıyan bir gündür. Mən də vətəndaşlıq borcumu yerinə yetirib, səsvermədə iştirak etdim. Layiq bildiyim namizədə səs verdim. Xalqımız üçün uğurlu, xeyirli olsun".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir - FOTOFAKT
28.05.2020
Prezident və xanımı “Qobu Park-3” yaşayış kompleksinin açılışında - FOTOLAR (YENİLƏNİB)
28.05.2020
Aqil Abbas: “Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?” - VİDEO
28.05.2020
İyunun 1-dən yas mərasimlər belə keçiriləcək — AÇIQLAMA - VİDEO
28.05.2020
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub, 125 nəfər sağalıb