Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

Mübariz İbrahimovun xatirəsi Rusiyada anıldı - FOTOLAR

23:20  |    07 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Rusiyanın Tula vilayətində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb.

Rusazunion.ru saytının verdiyi məlumata görə Fevralın 7 də Rusiya azərbaycanlıları İttifaqı (RAİ) və Ümumdünya Azərbaycan Mədəniyyəti Fondunun (ÜAMF) prezidenti Fizuli Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya regionlarına səfər proqramı çərçivəsində Tula vilayətindəki "Mübariz" döyüşçü-idman klubunu ziyarət edib.

Xatırladaq ki, 8 noyabr 2019 cu ildə Fizuli Məmmədovun təsis etdiyi məhdud məsuliyyətli cəmiyyət olan “Mübariz” döyüşçü idman klubu hüquqi şəxs olaraq Rusiya Federasiyasının Vahid Dövlət Reestrinə daxil edilib. Klubun Tula şəhərində açılan ilk zalında boks üzrə Rusiyanın əməkdar idman ustasi Xalid Rzayevin başçılığı altında hazırda 35 nəfər məşq edir.

Görüş zamanı Fizuli Məmmədov klubun aylıq icarə haqqını öhdəsinə götürməklə bərabər, "Mübariz" klubu üçün ayırdığı maddi vəsait sertifikatını məşqçi Xalid Rzayevə təqdim edib. "Cəsarət simvolu olan Mübarizin adını daşımağın məsuliyyəti ikiqatdır", deyən diaspor rəhbəri, əlavə edib ki, Mübarizçilərin qələbəsi naminə hər cür dəstəyə hazırdır.

Daha sonra RAİ nin nümayəndə heyəti və yerli diaspor üzvləri Tuladakı "Döyüş qardaşlığı" abidəsini ziyarət edib, Vətən uğrunda həlak olan rusiyalılarla bərabər Mübariz İbrahimovun da xatirəsini anıblar.

Diaspor rəhbəri Fizuli Məmmədovun Tula vilayətində yaşayan həmyerlilərimizlə görüşü zamanı da Mübariz İbrahimovun qəhrəmanlığı haqda danışılıb.

RAİ VƏ ÜAMF in mətbuat xidməti
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.04.2020
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı
03.04.2020
Bill Geyts və masonların kirli oyunları: Karantindən sonra nə olacaq...?
31.03.2020
Bu şəxslər 100 manat məbləğində cərimələnəcək
29.03.2020
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29.03.2020
Bakı havasında nəzərəçarpacaq dəyişiklik yaşanıb