Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Varşavada 20 Yanvar faciəsi və Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

21:15  |    06 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycanın Polşadakı səfirliyi və Polşa Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə Varşavada 20 Yanvar faciəsinin 30-cu, Xocalı soyqırımının isə 28-ci ildönümləri münasibətilə anım tədbiri keçirilib.

Ölkəmizin Polşadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən səfir Həsən Həsənov ölkəmizin tarixi barədə ətraflı məlumat verib, onun tarix boyu müxtəlif faciələrlə üzləşdiyini qeyd edib.

Diplomat XX əsrdə Azərbaycan xalqının dörd dəfə soyqırımına məruz qaldığını diqqətə çatdırıb, Rusiya kommunistləri və erməni daşnakları tərəfindən törədilmiş 1918-ci il mart və 1920-ci Gəncə qırğınları barədə qonaqları ətraflı məlumatlandırıb.

Yanvarın 20-də Bakıda törədilən faciə və Xocalı soyqırımı barədə danışan H.Həsənov qeyd edib ki, ermənilərə havadarlıq edən SSRİ rəhbəri Mixail Qorbaçovun göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu Bakıya yeridilib və Qarabağ münaqişəsinin həllini tələb edən dinc əhaliyə amansız divan tutulub.

1992-ci ilin fevral ayının 26-da Rusiyanın 366-cı motoatıcı alayı, sonralar Ermənistanın prezidentləri olmuş Robert Koçəryan və Serj Sarkisyanın başçılığı ilə Xocalı şəhərinə daxil olaraq mülki əhaliyə qarşı soyqırımı törədib. Soyqırımı nəticəsində 2 mindən çox azərbaycanlı öldürülüb, yaralanıb və ya itkin düşüb.

Səfir dünya dövlətlərinin biganəliyi səbəbindən işğalçı və cinayətkar Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qaldığını bildirib. Qeyd edib ki, analoji hərəkətlərə yol vermiş digər dövlətlərlə müqayisədə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. O, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Diplomat, həmçinin Azərbaycan ordusunun qərargah rəisi olmuş polyak general M.Sulkeviçin Azərbaycanın və Polşa ordusunda xidmət göstərmiş əslən azərbaycanlı polkovnik V.Yadigarın isə Polşanın müstəqilliyi uğrunda mübarizələrindən bəhs edib.

Sonra çıxış edən Polşanın Lublin Voyevodluğunun Lübelski Povyatının nümayəndəsi çıxış edərək povyatın rəhbəri Zdislav Antonun tədbir iştirakçılarına ünvanlandığı məktubu oxuyub.

Daha sonra Qnejno şəhərinin merinin müavini Mixal Povalovski, Teresin qminasının voytunun müavini Marek Javorski, Varşava Universitetinin Avropaşünaslıq İnstitutunun əməkdaşı Pavel Stavarz, Polşadakı “Qafqaz evi”nin rəhbəri Hicran Əliyeva, polşalı hüquqşünas Emilia Steçkieviç, bu ölkədə təhsil alan azərbaycanlı tələbə Atilla Bayramov çıxış edərək xalqımıza qarşı törədilmiş faciələrlə bağlı fikirlərini bölüşüblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Sonda tədbir iştirakçıları əllərində tutduqları və polyak dilində “20 Yanvar Azərbaycan xalqının soyqırımıdır” sözləri yazılmış plakatla şəkil çəkdiriblər.

Səfirlik tərəfindən hazırlanan və 20 Yanvar faciəsi barədə məlumatları özündə əks etdirən mətbuat açıqlaması, bu ölkənin Parlamentinin üzvlərinə, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinə, Polşada ən böyük auditoriyaya malik mətbuat orqanlarının rəhbərlərinə göndərilib.

Qeyd edək ki, Varşava Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar iki anım tədbiri keçirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ