Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6884

Digər sorğular

Qənirə Paşayeva Tovuzun Vahidli kəndindədə şəhid ailələrini ziyarət edib

15:06  |    05 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Tovuzun kəndlərini məhəllə-məhəllə gəzməyə davam edən Q.Paşayeva bu dəfə ön cəbhə kəndlərindən biri olan Vahidli kəndində şəhid ailələri və bir sıra sakinləri ziyarət edib, qayğıları ilə maraqlanıb.

Müstəqilliyimizin bərpasının ilk illərində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Vahidli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının özəl yer tutduğunu bildirib.

Qənirə Paşayeva Prezident cənab İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğı barədə və rayonda, o cümlədən Vahidli kəndində həllini gözləyən problemlərdən danışıb və ölkəmizin inkişafı ilə paralel olaraq həmin problemlərin də sürətlə həllini tapacağına əminliyini ifadə edib. Ötən 14 illik deputat fəaliyyəti barədə də danışan Q.Paşayeva hər zaman seçicilərinin yanında olduğunu, onlarla vaxtaşırı görüşdüyünü, qayğı və problemlərinin həlli ilə bağlı rəsmi qurumlara müraciətlər etdiyini və inkanı daxilində bu problemlərin həllinə çalışdığını, müalicəyə ehtiyacı olanlara dəstək olmağa çalışdığını bildirib: “Deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam və əgər siz mənə təkrar etimad göstərərsinizsə, bundan sonra da sizi ləyaqətlə təmsil etməyə davam edəcəm”.

Seçki platforması barədə də ətraflı məlumat verən Q.Paşayeva hər bir seçicinin seçkilərdə iştirakının vacibliyini vurğulayıb və onları 9 Fevral Parlamenr Seçkilərində fəal olmağa çağırıb.

“Siz Milli Məclisdə və getdiyiniz hər bir ölkədə bizim səsimiz oldunuz və hər zaman etimadımızı doğrultdunuz. Hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq”deyən seçicilər Q.Paşayevaya uğurlar arzu ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir - FOTOFAKT
28.05.2020
Prezident və xanımı “Qobu Park-3” yaşayış kompleksinin açılışında - FOTOLAR (YENİLƏNİB)
28.05.2020
Aqil Abbas: “Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?” - VİDEO
28.05.2020
İyunun 1-dən yas mərasimlər belə keçiriləcək — AÇIQLAMA - VİDEO
28.05.2020
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub, 125 nəfər sağalıb