Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6717

Digər sorğular

Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”

17:18  |    04 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 75 illik yubileyi münasibəti ilə cəbhə bölgəsində “Gəl, ey səhərim” adlı konsert proqramı təşkil edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Beyləqan rayonuna gedən səfir cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə olub. 2016-cı ildə Aprel döyüşlərində Lələ Təpə yüksəkliyini erməni işğalından azad edən həbi hissənin əsgər və zabitləri ilə görüşən Polad Bülbüloğlu, əsgərlərin şəraiti ilə tanış olub, onlarla bir yerdə nahar edib.

Əsgərlər qarşısında çıxış edən P. Bülbüloğlu bildirib ki, ən qısa vaxtda Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad edəcəyinə inanır: “Mən inanıram ki, Ali Baş Komandanın rəhbərliyi altında Şuşa işğaldan azad olacaq. Mən də öz ata yurduma gedəcəyəm və “Cıdır düzündə” siz əsgərlərin qarşısında konsert verəcəyəm”.

P.Bülbüloğlu APA-ya açıqlamasında bildirib ki, ön xəttə olduğu zaman Şuşa dağlarını görəndə duyğulanıb: “Bu gün bura gəlmişik, istəyirəm ki, bu əsgərlər görsün ki, kimi qoruyurlar. Bu gün Şuşanın ətəyini görmək, Şuşanın dağlarını görmək məni çox duyğulandırdı. Bu gənc əsgərlərimizlə bir yerdə olmaq məni qürurlandırır. Mənim üçün, çox xoşbəxt bir gündür. Burada olmaq məni ilhamlandırdı. Qələbə marşını özüm yazacağam”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Sui-qəsddən qurtulub, sevgidən ölən İsmayılın sirri – Şəhid ziyalı
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”