Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6786

Digər sorğular

“Həkim nəzarətindəyəm, danışmağa da əziyyət çəkirəm...” -Elmira Rəhimovanın səhhəti pisləşdi...

14:38  |    03 Fevral 2020  |   E-mail  |  Çapa göndər


Xalq artisti Elmira Rəhimova yenə səhhətindəki problemlərdən şikayətlənib.

Bu haqda Moderator.az-a E.Rəhimova özü məlumat verib və titrək səsiylə həkim nəzarətində olduğunu bildirib:

“Səhhətim heç cür düzəlmir. Təzyiqim hər gün yüksək olur və elə ona görə də həkim nəzarətindəyəm. Həm də şəkər xəstəsiyəm. Danışanda da əziyyət çəkirəm, əlim-ayağım titrəyir. Sözsüz ki, yaş özünü göstərir. Ancaq səhhətimdəki xəstəliklərlə mübarizə aparmağa çalışıram ki, yaşayım. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm, bağışlayın bundan artıq danışmağa taqətim yoxdur”.

Qeyd edək ki, E.Rəhimova əməkdaşımızın əlavə suallarına cavab verə bilməyəcəyini deyib. O, 1941-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 1950-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb, Hindistanın Baş naziri C.Nehrinin dəfəti ilə iki dəfə Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.04.2020
Xalq artistinə AĞIR İTKİ - Qardaşının nəşini gətirə bilmir - Qızı təfərrüatları açıqladı
27.03.2020
“Qardaş, yaşın 65-dən keçirsə...” - Xalq şairindən koronavirus haqda şeir...
27.03.2020
"Qaya" qrupunun üzvü Rauf Babayev vəfat etdi
24.03.2020
Aprel döyüşlərindən bəhs edən serial başlayır - VİDEO
19.03.2020
Hüseyn Cavidə görə Bağırovun qəzəbinə tuş gələn Xan Şuşinski haqqında maraqlı MƏLUMATLAR