Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7079

Digər sorğular

Avropa İttifaqı Krımın vəzifəli şəxslərinə sanskiya tətbiq edib

22:37  |    28 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Avropa İttifaqı (Aİ) Şurası Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən fəaliyyətlə məşğul olan Rusiyanın 7 vəzifəli şəxsinə sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 8 sentyabr 2019-cu ildə Rusiyanın yerli seçkilərinin qeyri-qanuni ilhaq edilmiş Krım Muxtar Respublikasında və Ukraynanın Sevastopol şəhərində təşkil edilməsində və bu seçkilərə qatıldıqlarına görə 7 vəzifəli şəxsə sanksiya tətbiq edilib.

Qeyd olunub ki, həmin şəxslər Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən siyasəti fəal şəkildə dəstəkləyiblər.

Sanksiya tətbiq olunan şəxslərin siyahısına Sevastopol qubernatorunun səlahiyyətlərini icra edən Mixail Razvojaev, Krımın Baş Naziri Yuri Qotsanyuk, Sevastopol Qanun Məclisinin sədri Vladimir Nemtsev, Krımdan Federasiya Şurasının deputatı Yekaterina Albataeva, Krım və Sevastopolun seçki komissiyalarının üç rəhbəri daxil edilib.

Bununla da Aİ-nin sanksiyalar siyahısında daxil edilənlərin sayı 177-yə çatıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.09.2020
Ermənistan daha 28 hərbçisinin həlak olduğunu elan edib
28.09.2020
“Kompromisə hazırıq” — İrəvan “ağ bayraq” qaldırdı
28.09.2020
Ermənistan yenə Rusiyadan silah xahiş edir
28.09.2020
Angela Merkel Navalnı ilə görüşüb
28.09.2020
Ukraynada təyyarə qəzasından sağ çıxan yeganə şəxs danışdı