Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7084

Digər sorğular

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədli maarifləndirici təlimlərə başlanıb

16:14  |    27 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycanda əlilliyi olan şəxslərin ictimai həyatın müxtəlif sferalarına inteqrasiyasını dəstəkləmək, əlilliyi olan şəxslərə qarşı cəmiyyətdə mövcud olan stereotiplərin məlumatlandırma sayəsində aradan qaldırılmasına töhfə vermək məqsədilə yerli icmalar üçün maarifləndirici təlimlərə başlanıb.

Qaziler.az bildirir ki, təlimlər BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində təşkil olunur. Salyan və Masallı rayonlarında başlayan, bu rayonlarla yanaşı, Bakı şəhərində də təşkil olunacaq təlimlər bu şəhər və rayonlar üzrə 2000-dək əlilliyi olan şəxsi əhatə edəcək.
İştirakçılara (yerli icmaları təmsil edən əlilliyi olan şəxslər, digər icma üzvləri, yerli məşğulluq xidməti nümayəndələri və b.) əlilliklə bağlı beynəlxalq və yerli qanunvericilik, əlilliyin tibbi və sosial modeli, əlilliyi olan şəxslər üçün müstəqil həyat fəlsəfəsi, onların hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər və digər aidiyyatı mövzular üzrə müfəssəl məlumatlar verilir. Təlimlər zamanı praktik məşğələlər, rol oyunları, uğur hekayələri və digər interaktiv metodikaların tətbiqi təlim materiallarının dərindən mənimsənilməsinə şərait yaradır.
Təlimlər layihənin tərəfdaşları olan “Müstəqil Həyat Tərzi” Əlilliyi olan İnsanlara Dəstək İctimai Birliyinin, Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilir. 2019-2021-ci illəri əhatə edən layihənin icrasından ümumilikdə 3000-dək benefisiarın (əlilliyi olan şəxsin) qazanc və ictimai yerlərə çıxış imkanlarının birbaşa və dolayı şəkildə dəstəklənməsi gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.09.2020
Sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi yaxın günlərdə aparılacaq
23.09.2020
Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanır
22.09.2020
Sabah bu ərazilərdə qaz olmayacaq
22.09.2020
Əlilliyi olan 866 şəxsə səyyar xidmət göstərilib
21.09.2020
Daha 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO