Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

2 saylı DOST mərkəzi bir ayda 1800-dən çox vətəndaşa xidmət göstərib

15:51  |    27 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı DOST mərkəzi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşir.

Bir ay əvvəl fəaliyyətə başlayan mərkəz Xəzər rayonu ilə yanaşı, Pirallahı rayonunun sakinlərinə də xidmət göstərir.

Mərkəzin direktoru Seymur Alıyev bir ay ərzində görülən işlər barədə AZƏRTAC-a deyib: “2 saylı DOST mərkəzi vətəndaşlara “bir pəncərə” prinsipi ilə xidmət göstərir. Mərkəzə bir ay ərzində 1809 vətəndaş müraciət edib. Müraciətlərin 19,4 faizi pensiya, 20,6 faizi məşğulluq, 32,8 faizi sosial müavinətlər, 23 faizi sosial xidmətlər, 2,1 faizi sosial sığorta ilə əlaqədar olub. Hər gün orta hesabla 116 vətəndaşa xidmət göstəririk. Mərkəzdə ümumilikdə vətəndaşlara 115 birbaşa funksional, 17 isə yardımçı xidmət təqdim olunur. “Gənc DOST” proqramı üzrə isə hazırda mərkəzdə 30 könüllü çalışır. Onların sırasına daha 10 könüllü də qoşulacaq. Bir vətəndaşa göstərilən xidmətin orta müddəti 10 dəqiqə təşkil edir. Vətəndaşlar yeni fəaliyyətə başlayan mərkəzin işindən olduqca razıdırlar. Bir ay ərzində onların məmnunluq faizi 98.5-dir”.

Xatırladırıq ki, ötən il mayın 9-da Bakının Yasamal rayonunda 1 saylı, dekabrın 24-də isə Xəzər rayonunda 2 saylı DOST mərkəzləri açılıb. Bu il daha 7 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur və yeni mərkəzlər paytaxtla yanaşı, regionları da əhatə edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür
25.02.2020
Ərdoğan Bakıda Xocalı qətliamını törədənlərə LƏNƏT OXUDU
25.02.2020
Güclü külək sakinləri işıqsız qoyub
25.02.2020
“Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” - Bulvarda intihar edən qızın atası
25.02.2020
Qanun pozuntularına yol verən məntəqələr açıqlandı - SİYAHI