Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA

12:18  |    27 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


“Koronavirusların növü çoxdur. Onun birinə qarşı peyvənd edib immunitet yaranırsa, o birisindən qorumur. Həmin immunitet də davamlı olmur. Sadəcə infeksiyanın yayılmasını müvəqqəti qoruya bilir. Lakin hazırki yayılan 2019 koronavirusuna qarşı hələ ki, peyvənd işlənilib hazırlanmayıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, virusun yayılması prosesi yeni olduğundan bəzi məsələlər hələ də müammalıdır:

“Səbəb tam bəlli olduqdan sonra bəlkə də peyvənd hazırlana bilər. Ümid edirəm ki, virusun əhatə dairəsi tezliklə lokallaşdırılacaq”.

Baş infeksionistin sözlərinə görə, insan ölümü varsa, təbii ki, həyəcan siqnalı çalınmalıdır:

“Azərbaycan dövləti və vətəndaşları da öz təhlükəsizliyini qorumalıdır. Əgər vətəndaşlarımız həmin bölgəyə getməsə və insanlarla təmasda olmasa, virusun ölkəyə keçməsi halı qeydə alınmaz. Əsas odur ki, Çindən gələn insanlar yerindəcə yoxlanılsın”.

Mütəxəssis vurğulayıb ki, virusdan ölüm faizi 2,8-3 faizdir:

“Buna səbəb Çinin əhalisi çox sıx yerləşdiyindən təmas halının yüksək olmasıdır”.

C.İsayev insanlara tövsiyə də verib:

“İmmuniteti daim yüksək saxlamaq məsləhətdir. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Eyni zamanda, gigyenik qaydalara əməl etmək vacibdir. Bir sözlə, immun sistemini zəiflədən faktorlardan uzaq durmaq əsas şərtləndəndir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.02.2020
Azərbaycanda sünnət zamanı uşağın cinsiyyət orqanı kökündən kəsildi — VİDEO
22.02.2020
Tovuzda “qulaqdibi” xəstəliyi yayılıb
21.02.2020
Koronavirus planeti necə xilas edir...
20.02.2020
Azərbaycana gətirilən qida əlavələrində nöqsanlar aşkarlandı
20.02.2020
Məşhur professordan XƏBƏRDARLIQ: Bütün xəstəlikləri bu qida yaradır