Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7079

Digər sorğular

Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib

22:16  |    24 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 24-də Sabirabad rayonunda məcburi köçkünləri qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildiriblər ki, qəbulda Sabirabadda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Qəbul zamanı müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

Qəbulda məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə Saatlı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.09.2020
İctimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək - RƏSMİ
28.09.2020
Diqqət! Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN!
28.09.2020
Komendant saatında KİV nümayəndələrinin hərəkətinə icazə veriləcək
28.09.2020
Fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
28.09.2020
Azərbaycanda komendant saatının əsas detalları bilindi - RƏSMİ