Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7084

Digər sorğular

İstirahət günlərinin hava proqnozu

21:45  |    24 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-3, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi yanvarın 25-də gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 7-11 dərəcə isti olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.09.2020
Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub
30.09.2020
Gəncədə iki rayon ləğv edilə bilər
30.09.2020
Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi
29.09.2020
İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”
29.09.2020
Prezident: “Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sözündən sonra hansı danışıqlardan söhbət gedə bilər?”