Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

Ərdoğan: “Beynəlxalq aləm Suriyada yol verdiyi səhvi Liviyada təkrarlamamalıdır”

19:35  |    24 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


“Almaniya ilə birlikdə Liviya münaqişəsinin həllinə çalışırıq. Beynəlxalq aləm Suriyada yol verdiyi səhvi Liviyada təkrarlamamalıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Türkiyə Prezidenti ölkəsində səfərdə olan Almaniya kansleri Angela Merkellə birlikdə Türk-Alman Universitetinin kampusunun açılış mərasimində iştirak edib.

Ərdoğan bildirib ki, tezliklə atəşkəsə nail olunmasa, Liviyadakı xaos bütün Aralıq dənizi hövzəsinə təsir göstərəcək.

“Liviyada İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatları ilə muzdlu döyüşçülərin genişlənməməsini istəyiriksə, münaqişənin həllini tezləşdirməliyik. Liviyalı qardaşlarımızın sülh şəraitində yaşaması üçün onların yanında olacağıq. Liviya münaqişəsinin həllinə nail olmaq başlıca hədəfimizdir. Sülh üçün atılacaq istənilən addımları dəstəkləyəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Türk ordusu şəhidlərin qisasını aldı: 21 hədəf məhv edildi
22.02.2020
ABŞ-dan Ərdoğana sürpriz: Nə baş verir? - İdlib ətrafında gərginlik
22.02.2020
 Əfqanıstan Talibana qarşı əməliyyatları dayandırdı
22.02.2020
İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb
22.02.2020
Uxanda daha19 bina koronavirusa yoluxanlar üçün müvəqqəti xəstəxana kimi fəaliyyət göstərəcək