Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6793

Digər sorğular

Sabahın hava proqnozu açıqlanıb

11:54  |    24 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında günorta saatlarında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.04.2020
İşsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası müəyyənləşib
07.04.2020
Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək - RƏSMİ
07.04.2020
“8103” qısa nömrəsindən gələn SMS-i saxtalaşdırdı, həbs edildi - VİDEO
07.04.2020
“Ailənin bir üzvü əmək haqqı alırsa, digər üzvünə...” - Nazir birdəfəlik ödəmə haqqında
07.04.2020
İşsiz şəxslərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri açıqlanıb