Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6783

Digər sorğular

Prokurorluq İlkin Süleymanova işgəncə verilməsi xəbərinə münasibət bildirib

11:46  |    24 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Baş Prokurorluğu açıqlama yayıb.

Qaziler.az bildirir ki, qurumun Mətbuat Xidmətindən verilən açıqlamada deyilir:

"Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin müdafiəçisi olduğu şəxsə istintaq zamanı guya işgəncə verməklə etirafedici məzmunlu ifadə verməyə məcbur edilməsi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib edilir.

Belə ki, İ.Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf etmiş, o cümlədən keçirilmiş prosessual istintaq hərəkətləri zamanı müdafiəçisinin və hal şahidlərinin iştirakı təmin edilmiş, bundan başqa məhkəmə-tibbi ekspertləri tərəfindən müayinə olunarkən, eləcə də 1 saylı istintaq təcridxanasına daxil olarkən İ.Süleymanovun bədənində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.

İ.Süleymanovun istintaq təcridxanasına daxil olanadək, eləcə də sonrakı dövr ərzində hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə şikayəti daxil olmamışdır.

Cinayət işi üzrə intensiv istintaq hərəkətlərinin həyata keçirildiyi bir vaxtda ayrı-ayrı şəxslər tərəfindən heç bir hüquqi əsasları olmayan mülahizələrin səsələndirilməsi yol verilməzdir və istintaq araşdırmalarının maraqlarına zidd olaraq ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına xidmət etməklə cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.04.2020
Ombudsman əlilliyi olan şəxslərlə bağlı müraciət edib
01.04.2020
Abşeron və Sumqayıtda polis postları quruldu
01.04.2020
Daha bir ŞAD XƏBƏR: Bunlar ƏDV-dən azad olunacaq - SİYAHI
01.04.2020
Bakıda film kimi hadisə - 130 manatlıq ərzağı aldı, pulunu ödəmədi - VİDEO
01.04.2020
Prezident Şamil Ayrımı ordenlə təltif etdi - SƏRƏNCAM