Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6701

Digər sorğular

Nərmin Quliyevanı qətlə yetirən şəxsə qarşı yeni ittiham irəli sürülüb

10:12  |    24 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində yeni ittiham irəli sürülüb.

“Report”un xəbərinə görə, o, Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə də ittiham olunur.

Bundan əvvəl İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdı.

İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.02.2020
İsgəndər Həmidovun həkimi ümidsiz danışdı: “Səhhəti çox kritikdir”
12.02.2020
İşgəncə verilən uşağın atası: “Oğlum zəng elədi ki, dədə, məni şişlə dağlayıblar”
12.02.2020
Keçmiş deputatın oğlu barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB
11.02.2020
Bu nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verilib
07.02.2020
Mübariz İbrahimovun xatirəsi Rusiyada anıldı - FOTOLAR