Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

Makron israilli polisləri Qüdsdəki məbəddən qovdu - Video

09:49  |    24 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


İnsident Qüdsdəki Əski şəhərdə Osmanlı sultanının Fransa imperatoru III Napoleona 1856-cı ildə hədiyyə etdiyi, Fransa səfirliyinin nəzarət etdiyi Müqəddəs Anna kilsəsində baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə mühafizəçilərinin və İsrail təhlükəsizlik qüvvələrinin yanında olan Makronun məbədin girişində gərgin şəkildə çıxış etdiyi görünür.

“Biz bütün qaydaları çox yaxşı bilirik. Bağışlayın, amma siz də qaydaları bilirsiniz. Qarşımda etdiyiniz hərəkət xoşuma gəlmir. Heç kim heç kimi təhrik etməməlidir. Şəhərdə çox yaxşı bir iş görmüsünüz, bunu yüksək qiymətləndirirəm, dostlar. Əsrlər boyu mövcud olan qaydalara əməl edilməlidir. Bunlar gəlişimdən bəri dəyişməyib. Sizin burada olmağınız xoşuma gəlmir”, -deyə Makron səsini yüksəldərək ingilis dilində israillilərə müraciət edib.

“Röyters” yazır ki, Fransa İsrailin 1967-ci ildə Yaxın Şərq müharibəsi zamanı işğal etdiyi və ilhaq etdiyi Qüdsün ərazisindəki məbədə israil polisinin daxil olmasını təxribat sayır.

Qeyd edək ki, analoji hadisə 1996-cı ildə də olub. Sabiq Prezident Jak Şirak həmin kilsədə İsrail təhlükəsizlik qüvvələrinin olmasına əsəbiləşərək dərhal təyyarəyə dönəcəyini bildirmiş, polislər kilsəni tərk edənə qədər oraya daxil olmaqdan imtina etmişdi. (Qafqazinfo.az)

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Türk ordusu şəhidlərin qisasını aldı: 21 hədəf məhv edildi
22.02.2020
ABŞ-dan Ərdoğana sürpriz: Nə baş verir? - İdlib ətrafında gərginlik
22.02.2020
 Əfqanıstan Talibana qarşı əməliyyatları dayandırdı
22.02.2020
İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb
22.02.2020
Uxanda daha19 bina koronavirusa yoluxanlar üçün müvəqqəti xəstəxana kimi fəaliyyət göstərəcək