Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6717

Digər sorğular

Nostradamusdan 2020-ci illə bağlı DƏHŞƏTLİ PROQNOZLAR: Bənzəri olmayan hadisələr olacaq

09:14  |    24 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


1503-cü ildə dünyaya gələn və proqnozların atası kimi tanınan Nostradamusun 2020-ci il üzrə açıqladığı öncəgörmələr təşvişə düşməyəcək tərzdən deyil.

Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyə, İran və ABŞ-da ard-arda meydana gələn zəlzələlərdən sonra fransız həkim, əczaçı və astroloqun proqnozları gündəm olub.

BÖYÜK ZƏLZƏLƏLƏR

Nostradamusa görə, dəqiq harada olacağı bilinməsə də, 2020-ci il boyunca Amerikada şiddətli zəlzələlər qeydə alınacaq. Qitədəki ən seysmik zonalar analiz ediləndə bu nöqtələrin Meksika və Çili olacağı gözlənilir.

QLOBAL MİQYASDA İQTİSADİ BÖHRAN

Böyük iqtisadi güclər zəifləyəcək və uzun müddət yüksələ bilməyəcək. Dünya iqtisadi durğunluq yaşayacaq.

TAXTDA YENİ KRAL

Nostradamusun 2020-ci proqnozlarından biri də krallıqla bağlıdır. Ölkə adı verməsə də, əhəmiyyətli bir kral və ya kraliçanın taxtdan gedəcəyini deyir. Yerli mətbuatda bunun İngiltərə kraliçası II Elizabet olduğu iddia edilir.

TRAMP ÇƏTİN İL KEÇİRƏCƏK

Nostradamusun ən mübahisəli təxminlərindən biri sui-qəsd və ölüm haqqındadır. Çünkü Nostradamus təxminində Amerika qitəsindəki əhəmiyyətli dünya liderlərindən birinin ölümündən bəhs edir. Bir çox insanın fikrincə, burada ölüm simvolik xarakter daşıyır və burada ABŞ prezidenti Donald Trampın impiçmentinin onun siyasi ölümünə səbəb olacağı deyilir.

KOSMİK SƏYAHƏT

Kosmik səyahət bu i ldə insanlara daha yaxın olacaq və getdikcə kütləvi hal alacaq.

PUTİNƏ BÖYÜK TƏHLÜKƏ

Rusiyada 2020-ci ildə prezident Vladimir Putinə qarşı sui-qəsd təşəbbüsü olacaq. Nostradamus bunun ölkə daxilindən gələcəyini ehtimal edib.

ATOM BOMBASI

"Qapıların yaxınlığında və iki şəhər içində bənzəri olmayan fəlakət yaşanacaq. Vəba içində qıtlıq olacaq. İnsanlar poladla söndürüləcək, ölümsüz Tanrıdan yardım istəyərək ağlayacaqlar".

RUSİYAYA ASTEROİD DÜŞƏCƏK

Rusiyaya 2020-ci ildə nəhəng asteroid düşəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Azərbaycanda qeyri-adi hadisə - Görüntülər yayıldı
24.02.2020
Ömrün uzun olması təhsillə bağlıdır - ARAŞDIRMA
06.02.2020
Ayı və balalarını canavarlar əhatəyə aldı - Gözlənilmədən o köməyə gəldi - VİDEO
21.01.2020
Zümrüd daşı beyin qan dövranına müsbət təsir göstərir
18.01.2020
Ev pişiyi üç çaqqala belə “meydan oxudu” - VİDEO