Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

Bakıdakı 2 yaşayış massivinə təbii qaz verilib

20:52  |    23 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Paytaxtdakı 2 yaşayış massivi təbii qazla təmin edilib.

“Azəriqaz” İstehsalat Birliyindən Qaziler.az-a bildirilib ki, yanvarın 23-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi, Zirə-Pirallahı yolunun sol tərəfində yerləşən “Xəşəxuna” adlanan yeni massivə və Sabunçu rayonunun Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsi ilə "Şuşa şəhərciyi" adlandırılan əraziyə düşən yeni massivə təbii qazın verilişi təmin olunub. Qeyd edək hər iki massivdə ümumilikdə 328 abonentin fərdi yaşayış evinin qazlaşdırılması üçün müxtəlif diametrli 8378 metr metal və 6185 metr polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.

Qeyd edək ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında icra olunur. Həmin proqramda 22 yeni yaşayış massivinin qazlaşdırılması əksini tapıb. Artıq yaşayış massivlərinin 16-da qaz açılışları baş tutub, digərlərinə isə yaz aylarına qədər “mavi yanacağın” verilişi təmin olunacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
Sahil Babayev vətəndaş qəbulu keçirdi
20.02.2020
Nazirlik qadınların “qul bazarı” ilə bağlı hərəkətə keçdi – VİDEO
20.02.2020
Novruz çərşənbələrinin tarixləri açıqlandı
20.02.2020
“Azəriqaz”da yeni departament yaradılıb
19.02.2020
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb