Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7079

Digər sorğular

Daha bir Qarabağ qazisi haqqa yürüdü

12:33  |    23 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Daha bir Qarabağ qazisi, tanınmış səhra komandiri Tacir Adıgözəlov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Qaziler.az bildirir ki, bu barədə Qarabağ döyüşçüsü, ehtiyatda olan mayor Nazim Bayram öz feysbuk sosial şəbəkəsindəki “Silahdaş (Qazilər və veteranlar qrupu)“-unda paylaşıb.

“T. Adıgözəlov Göranboyun Xan Qərvənd kəndində ilk özünümüdafiə dəstələrindən birini yaratmışdı. O dəstə haradansa bir "Qrad" qurğusu əldə etmişdi. Bizdə buluddağıdan toplardan və "Alozanlardan" başqa heç nə olmayan dövrdə "Qrad" qurğusu böyük qüvvə idi. Tacirin "Qradı" Goranboyda, Ağdamda, Ağdərədə bir çox döyüşlərdə dəstələrə atəş dəstəyi vermişdi. O zamandan Tacir "Qrad" ləqəbini qazanmışdı. O, müharibənin ilk günlərindən atəşkəsə kimi döyüşüb, dəfələrlə yaralanmışdı. Keçən il nəhayət, veteran adını almışdı.

Tacir Adıgözəlov döyüş yoldaşlarının xatirəsində tədbirli komandir, etibarlı yoldaş, əsl Vətən oğlu kimi qalacaq.

Allah bütün Şəhidlərimizə və vətən həsrəti ilə dünyasını dəyişmiş qazilərimizə rəhmət eləsin. Vətən sağ olsun“.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.09.2020
Düşmən işğalından azad olunan Talış yüksəkliklərindən ilk görüntülər - VİDEO
28.09.2020
Düşmən Goranboy rayonu ərazisini atəşə tutub
28.09.2020
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO
28.09.2020
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib: Düşmən geri çəkildi - VİDEO
28.09.2020
Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində