Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6701

Digər sorğular

“Onunla nəfəs alıram, bir gün görməyəndə darıxıram” - 76 yaşlı Xalq artisti

21:29  |    22 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


"Əbülfəs Qarayev səhər tezdən zəng vurub, mənə ürək sözlərini dedi"

Bu gün Xalq artisti Hacı İsmayılovun doğum günüdür. 76 yaşını qeydə edən aktyor ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.

- Mənim ənənəvi bir sualım var. İstərdim ki, həmin sualı sizə də verim: deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, bu fikirlər doğrudurmu?

- Yaş Allahın insana verdiyi nemətdir. Hamımıza bir ömür verilib, bunu da yaşayırıq.

- Hansı illərinizin xiffətini çəkirsiniz?

- Bir qədər cavanlıq illərimə qayıdardım. 30 ilə 60 yaşın arasındakı dövrü nəzərdə tuturam. Yaradıcılığın əsas hissəsi həmin vaxtlar olur. İnsanın həyatının mənası yaxşı iş gördüyü dövrə düşməlidir. İndiyədək müxtəlif filmlərə çəkilmişəm, tamaşalarda oynamışam, səfərlərdə olmuşam. Fəaliyyətim kifayət qədər faydalı olub.

- Bu gün yuxudan durdunuz, aynaya baxdınız və özünüzə nə dediniz?

- Telefon zəngləri imkan verdi ki, özümə vaxt ayırım?! O qədər zəng oldu ki, özümə hələ baxa bilməmişəm.

- Doğum gününüzdə sizə nə desələr və ya nə hədiyyə etsələr, ürəyinizin sarı simini tərpədər?

- Mədəniyyət naziri Əbülfəs Qarayev səhər tezdən məni təbrik etdi, ürək sözlərini dedi. Onun bu diqqəti ürəyimə yağ kimi yayıldı.

- Dövlətdə dəvə, övlatda nəvə
Saçları ipəkdir, gözləri şəvə.
Xoşbəxtlik gətirir onlar hər evə
Dünyanın ən şirin barıdır nəvə...

-Nəvələriniz sizi necə təbrik etdilər?

- Mən onlarla nəfəs alıram. Balaca nəvəmi bir gün görməyəndə darıxıram. Onunla qiyabi danışmağa başlayıram. Bu gün məni təbrik edəcəklər, hələ hazırlaşırlar. Adətən axşam bizə gəlirlər. Doğum günümü ailəmlə qeyd edəcəyəm. Keçən il yubileyimi dostlarla qeyd etdim. Həmin günü tamaşa oynayırdım. Özüm xahiş etmişdim ki, səhnədə olum.

- 76 ili tərəziyə qoydunuz, hesab apardınız, nələr ağır gəldi?

- İnsan hər gecə özü-özünə hesabat verir. Bir tərəfdən sevinirəm ki, Allah mənə uzun ömür verib. Eyni zamanda kədərlənirəm ki, mənim tərəf müqabillərim, sənət dostlarım həyatda yoxdur. Onları tez-tez xatırlayıram. Təsəlli tapıram ki, onlarla nə yaxşı bir yerdə işləmişəm.

- Yaşınızın bu çağında nə üçün darıxırsınız?

- Darıxdığım nəsə yoxdur. Ancaq onu deyirəm ki, Allah bir qədər də ömür versin, səhnədə, filmlərdə çox oynayaq. Hələ görəcəyimiz işlər qalıb.

- Bəs sizi xoşbəxt edən nədir?

- Məni xoşbəxt edən edən xalqın, insanların hörmətidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”
04.02.2020
Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”
03.02.2020
“Həkim nəzarətindəyəm, danışmağa da əziyyət çəkirəm...” -Elmira Rəhimovanın səhhəti pisləşdi...