Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7084

Digər sorğular

Dilqəm Əsgərov nəvəsinin şəklini görəndə sevinib - Şuşadan məktub gətirdilər

18:28  |    22 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

Bu barədə Azvision.az -a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O, bildirib ki, atası vəziyyətinin normal olduğunu yazıb.

“Atam yazıb ki, hər şey normaldır. Narahatlığı yoxdur. Səhhəti ilə bağlı heç nə yazmayıb. Oğlum Dilqəmi nəzərdə tutaraq “Dimanın üzündən öp” deyə məktubda istəyini çatdırıb. Atama hər dəfə nəvəsinin şəkillərini göndərirəm, o, da baxır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri bildirdilər ki, Dilqəm Əsgərov nəvəsinin şəklini görəndə üzü gülür, kefi açılır. Biz də ailəmiz adından nümayəndələrə təşəkkür etdik ki, atama baş çəkirlər, bizə məlumat verirlər”, - deyə K.Əsgərov vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.09.2020
Məhv edilən düşmən hərbi texnikalarının görüntüləri - VİDEO
30.09.2020
Ermənilərin komanda məntəqəsinə atəş zərbəsi endirildi: Ölənlər və yaralananlar var - RƏSMİ
30.09.2020
Erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır - RƏSMİ
30.09.2020
Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO
30.09.2020
Ermənilər qaçmaqla canını qurtarır: Qarabağ küçələri kimsəsizləşib