Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

Erməni məşhur Azərbaycanın Xalq artistini müdafiə etdi - QALMAQAL

19:37  |    21 Yanvar 2020  |   E-mail  |  Çapa göndər

Erməni opera müğənnisi Ruzan Mantaşyanla eyni səhnəni bölüşməkdən imtina etdiyi iddia olunan məşhur azərbaycanlı tenor, Xalq artisti Yusif Eyvazov ətrafında yaranmış qalmaqal davam edir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu dəfə azərbaycanlı tenoru rusiyalı dirijor Vladimir Spivakovun yoldaşı, teleaparıcı və aktrisa Sati Spivakova (Saakyants) müdafiə edib.

Yusif Eyvazovu illərdir ki, tanıdığını deyən Sati Spivakoba milliyətcə erməni olsa da, azərbaycanlı tenorla dost münasibətlərini xatırladıb. O, Yusif Eyvazovu milli zəmində nifrətdə ittiham edən Mantaşyanın kimlərinsə oyununa gəldiyini əlavə edib.

“Mən yalnız şahidi olduğuma inanıram. Və gənc erməni müğənnisi Ruzanna Mantaşyandan heyranlığımı gizlətməsəm də, bu çirkin hadisədə onun qurban olduğunu görürəm. İftira və yalanla üzləşdiyinə əmin olduğum Yusif Eyvazovu müdafiə edirəm. Mən erməni, o isə azərbaycanlıdır və siyasi müstəviyə çıxanda biz fərqli barrikadalarda olacayıq”.



Sati Spivakova bütün artistlərin dünya vətəndaşı olduğunu əlavə edib və səhnəyə çıxan sənətçi üçün həmkarının hansı millətdən olmasının önəm daşımadığını əlavə edib.

Xatırladaq ki, fevralın 7-də Drezden Opera Teatrında Yusif Eyvazov və Ruzan Mantaşyan eyni səhnəni bölüşməli idi. Sonradan sənətçilərdən birinin etirazına görə birgə ifa baş tutmamışdı. Erməni mediası Yusif Eyvazovun Mantaşyanın erməni olmasına görə onunla bir səhnəni bölüşmək istəmədiyini iddia edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Azərbaycanın xalq artisti koronavirusa yoluxdu, vəziyyəti ağırdır
10.07.2020
Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi: “Bundan sonra necə yaşayacağam?”
08.07.2020
Vərəmin yetim qoyduğu, “cəllad”ın sevdiyi, güllələnib öldürülən xanım pianoçumuz – HƏYAT HEKAYƏTİ
08.07.2020
Moskvada teatrlar tezlikə açılacaq
07.07.2020
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi...