Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6717

Digər sorğular

Zümrüd daşı beyin qan dövranına müsbət təsir göstərir

14:23  |    21 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Sevgi, gözəllik daşı sayılan zümrüdü qədim romalılar eşq daşı adlandırırdılar.

Zümrüd fars sözü olub mənası yaşıl deməkdir. 1920-ci ildə aşkar olunmuş və hazırda Amerikada muzeydə saxlanılan 632 karatlıq Patrisiya adlanan daş dünyada ən böyük zümrüd sayılır. Dünyada mövcud olan ən saf zümrüd 1964-cü ildə Kolumbiyanın Myuza əyalətində aşkar edilib. Roma imperatorlarından biri zümrüd daşından böyüdücü kimi qladiatorların döyüşünü izləmək üçün istifadə edirdi.

Araşdırmalar nəticəsində qiymətli daşın bir çox xəstəliklər üçün xeyirli olduğu da təsdiqlənib. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: “Zümrüd sinir sisteminə, baş beyində olan qan dövranı pozğunluqları zamanı çox müsbət təsir edir. Beyin qan dövranı pozulması nəticəsində qulaqda küy varsa, müalicə ilə yanaşı uzun müddət zümrüd qaşlı sırğa taxmaq həmin prosesin azalmasına səbəb olur”.

Zümrüd daşı ürək, böyrək, ağciyər xəstəlikləri və əsəb sistemi üçün müalicəvi təsirə malikdir. Zümrüdə uzun müddət baxmaq göz işığını bərpa edir. Hələ qədim zamanlardan zümrüd ilan zəhərinə qarşı ən yaxşı müalicəvi vasitə sayılıb. Bunun üçün zümrüdün kristal dənələrini döyüb toz halına salır və həmin tozu ilan sancdığı yerə səpir və ya suya qarışdırıb ilan vuran xəstəyə içirdirdilər. Ərəbistanda isə zümrüd tozunu dəvə südünə qatıb zəhərlənməyə qarşı istifadə edirdilər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Azərbaycanda qeyri-adi hadisə - Görüntülər yayıldı
24.02.2020
Ömrün uzun olması təhsillə bağlıdır - ARAŞDIRMA
06.02.2020
Ayı və balalarını canavarlar əhatəyə aldı - Gözlənilmədən o köməyə gəldi - VİDEO
24.01.2020
Nostradamusdan 2020-ci illə bağlı DƏHŞƏTLİ PROQNOZLAR: Bənzəri olmayan hadisələr olacaq
18.01.2020
Ev pişiyi üç çaqqala belə “meydan oxudu” - VİDEO