Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

20 Yanvar əlili: Mixail Qorbaçov bu qırğına görə cinayət məsuliyyətinə cəlb olunmalıdır

13:32  |    20 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


30 il keçsə də həmin hadisələri bugünkü kimi xatırlayıram.

1990-cı il yanvarın 16-dan tələbə yoldaşlarımla birlikdə meydanlara çıxdıq. Həmin vaxt cəmi 19 yaşım vardı. Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kurs tələbəsi idim. Həmin ərəfədə baş verən proseslərdən kənar qala bilməzdik. Yanvarın 19-dan 20-nə keçən gecə biz metronun indiki “20 Yanvar” stansiyasının yaxınlığında barrikadalar qurmuşduq. Məqsədimiz sovet ordusu hərbçilərinin şimal istiqamətindən Bakıya girməsinin qarşısını almaq idi. Gecə bir qrup şəxs bizə yaxınlaşıb xəbərdarlıq etdi ki, təcili dağılışmaq lazımdır. Çünki sovet ordusu artıq Bakının küçələrində dinc insanları gülləbaran edir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində II qrup 20 Yanvar əlili, Quba şəhər sakini Malik Bayramov söyləyib.

Malik Bayramov deyib: “Əvvəlcə inanmadıq, bunun təxribat olduğunu sandıq və mövqelərimizi heç bir halda tərk etməyəcəyimizi söylədik. Lakin bir neçə saatdan sonra bizi də atəşə tutmağa başladılar. Güllələr birbaşa bizə istiqamətlənmişdi. Əvvəlcə yanımdakı yoldaşım yaralandı. Onu qorumaq istəyərkən, mən də qolumdan yaralandım və yerə yıxıldım. Qan itirsəm də, güllə yağışının altında başımı qaldıra bilmirdim. Gözümü açanda xəstəxanada olduğumu gördüm. Çoxlu qan itirmişdim. Həkimlərin səyi nəticəsində həyatda qaldım. Həkimlər qolumun amputasiyasını müzakirə edirdilər. Lakin sonda müalicəyə üstünlük verildi. Üç ay xəstəxanada qaldıqdan sonra evə buraxıldım”.

Quba sakininin sözlərinə görə, həmin gün onunla birgə meydanda olan dostlarından bir neçəsi şəhid olub. “Bütün şəhidlərimizin xatirəsini ehtiramla anıram. Məlumdur ki, bu qanlı cinayət birbaşa SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə həyata keçirildi. Lakin əli günahsız insanların qanına batmış Mixail Qorbaçov və onun əhatəsi Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. M.Qorbaçov xalqımıza qarşı işlədiyi bu qırğına görə cinayət məsuliyyətinə cəlb olunmalıdır”, - deyə Malik Bayramov bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.02.2020
Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO
23.02.2020
Azərbaycan XİN-dən koronavirusla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
23.02.2020
Sabah hava çiskin olacaq - PROQNOZ
23.02.2020
Həbs edilən icra başçısının eşşək biznesi var imiş - ŞOK FAKTLAR
23.02.2020
Baş nazirin hansı müavini Bakıda 20 mərtəbəli bina tikdirib? - FOTO