Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir

21:28  |    18 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


20 Yanvar - Ümumxalq Hüzn Günü daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq.

Qaziler.az bildirir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimidə xidmət aparacaq.

Şəhidlər xiyabanına ziyarətə gələn vətəndaşlarımızın sərbəst və maneəsiz hərəkət etmələri, respublika ərazisində 20 Yanvar faciəsi ilə əlaqədar keçiriləcək tədbirlər və mərasimlər zamanı, eləcə də Bakı Metropoliteninin stansiyalarında təhlükəsizliyin təmin olunması üçün polis əməkdaşları qüvvələrini səfərbər edəcəklər.

Həmin gün tıxacların yaranması ehtimal olunan ərazilər əvvəlcədən müəyyən edilərək nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görüləcək.

Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən səs siqnallarının verilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.02.2020
Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO
23.02.2020
Azərbaycan XİN-dən koronavirusla bağlı vətəndaşlara XƏBƏRDARLIQ
23.02.2020
Sabah hava çiskin olacaq - PROQNOZ
23.02.2020
Həbs edilən icra başçısının eşşək biznesi var imiş - ŞOK FAKTLAR
23.02.2020
Baş nazirin hansı müavini Bakıda 20 mərtəbəli bina tikdirib? - FOTO