Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6790

Digər sorğular

Rasim Balayev və Fəxrəddin Manafov bu filmə çəkilir

20:39  |    18 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin təşəbbüsü və dəstəyi ilə 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş bədii film çəkiləcək.

Kult.az xəbər verir ki, bu barədə ASCO-nun sədri Rauf Vəliyev 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, gələn il təqdimatı nəzərdə tutulan ekran işi faciəni ilk dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimiz haqqında aydın fikir formalaşdıracaq.

Sədr qeyd edib ki, bədii film tanınmış yerli və xarici aktyorlarının iştirakı ilə təcrübəli mütəxəssislər tərəfindən çəkilir. Filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, bədii rəhbəri və eyni zamanda baş rollardan birini canlandıran xalq artisti Fəxrəddin Manafovdur.

Filmdə əsas rollarından birini xalq artisti Rasim Balayev canlandıracaq. Ekran işinin quruluşçu operatoru Avropanın aparıcı mütəxəssislərindən biri latviyalı Qint Berzinş, quruluşçu rəssamı isə Gürcüstanın tanınmış incəsənət xadimi Mamuka Esadzedir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.04.2020
Koronavirus dövrünün sevgisi – Qulu Ağsəsin şeiri
01.04.2020
Xalq artistinə AĞIR İTKİ - Qardaşının nəşini gətirə bilmir - Qızı təfərrüatları açıqladı
27.03.2020
“Qardaş, yaşın 65-dən keçirsə...” - Xalq şairindən koronavirus haqda şeir...
27.03.2020
"Qaya" qrupunun üzvü Rauf Babayev vəfat etdi
24.03.2020
Aprel döyüşlərindən bəhs edən serial başlayır - VİDEO