Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

Rusiyada azərbaycanlı jurnalist media sahəsində nüfuzlu mükafata layiq görülüb

18:51  |    18 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Rusiyada tanınmış azərbaycanlı jurnalist Səadət Kadırova media sahəsində nüfuzlu mükafata layiq görülüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, TASS İnformasiya agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, Rusiya Jurnalistlər İttifaqının üzvü, “Sumqayıt hadisələri barədə ilk mənbədən” kitabının müəllifi olan həmyerlimizə mükafat Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunub.

Həmyerlimiz sosial sahədə və jurnalistlik fəaliyyətinə görə "Arzular gerçəkləşir" layihəsi çərivəsində Rusiya Xarici İşlər Nazirliyinin "xarici siyasət avanqardı" nominasiyası üzrə fəxri fərmanına layiq görülüb.

Mükafat Səadət Kadırovaya Moskva Jurnalistlər İttifaqı və Moskva hökumətinin təşkilatçılığı ilə keçirilən Rusiya Mətbuat gününə həsr olunan tədbirdə verilib.

Tədbirdə çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edərək Səadət Kadırovanı yüksək peşəkar adlandırıb. O, həmyerlimizə jurnalistikanın informasiya işinin verdiyi resursu təkcə professional uğurlara nail olmaq üçün deyil, həm də insanların sosial həyatının xilasına kömək göstərmək üçün istifadə etdiyinə görə təşəkkürünü bildirib.

S. Kadırova müəllifi olduğu "Arzular gerçəkləşir" sosial layihəsinə belə yüksək qiymət verildiyinə görə çox şad olduğunu söyləyib: "Bu layihədə çoxlu sayda tanınmış simalar iştirak edib. Bu layihədə biz fiziki imkanları məhdud, aztəminatlı və sosial müdafiəsi olmayan ailələrdən olan uşaqların arzularını gerçəkləşdiririk. Bu mükafat mənim Rusiya Xarici İşlər Nazirliyindəki və TASS-dakı əməyimə verilən yüksək qiymətdir".

Qeyd edək ki, uzun illər Rusiyanın TASS İnformormasiya agentliyinin əməkdaşı olan, hazırda agentliyin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan Saədət Kadırova həm də beynəlxalq jurnalist, politoloq, beynəlxalq münasibətlər və ictimaiyyətlə iş üzrə ekspertdir. Çoxsaylı məqalələri, tanımış ictimai və siyasi xadimlərlə eksklüziv müsahibələri olan həmyerlimiz bir müddətdir ki, “kadyrova.online” YouTube kanalında “Arzular gerçəkləşir” adlı sosial layihəsi ilə adından söz etdirib. Layihənin unikallığı ondadır ki, proqramın hər bir qonağına “Arzular gerçəkləşir” rubrikasında iştirak etməklə, bir uşağın istəyini yerinə yetirmək imkanı verilir.

Rusiya mətbuat gününüə həsr olunan tədbirdə ölkənin bir sıra tanınmış jurnalistləri də müxtəlif nominasiyalarda mükafatlara layiq görülüblər. Mükafatlar Rusiyanın nüfuzlu dövlət adamları tərəfindən təqdim olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Nərminin valideynləri Bakıda - Baş Prokurorluq belə məlumatların yayılmasına qarşıdı
21.02.2020
İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı barədə rəsmi açıqlama
20.02.2020
“Ermənistanlıyam”, “Qərbi Azərbaycanlıyam”, “Gürcüstanlıyam” deməyin – SƏBƏB
19.02.2020
"Adi qoşunların robotlarla əvəzlənməsi müharibə başlamaq üçün verilən qərarların sayını artıra bilər"
13.02.2020
İsgəndər Həmidovun həkimi ümidsiz danışdı: “Səhhəti çox kritikdir”