Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

İran şahının oğlu Rza Pəhləvi: "İrandakı etirazlar atamı devirmiş üsyanı xatırladır"

15:43  |    18 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


“İranlı etirazçılar rejimin süqutunun qoxusunu hiss edirlər. Bu, zaman məsələsidir”.

"Turan"ın xəbərinə görə, bu sözləri İranın devrilmiş şahının oğlu Rza Pəhləvi Vaşinqtonda bildirib. Çərşənbə günü Hudson İnstitutunda jurnalistlərin qarşısında çıxışı zamanı o deyib ki, Tehran hökumətini qorxuya salan hazırkı etirazlar klerikal rejimi devirə bilər.

O həmçinin Qərb dövlətlərini etirazları dəstəkləməyə və İran rejiminin nə vaxtsa normal hökumət kimi davranacağına ümid etməməyə çağırıb: “Bu rejimin öz davranışını dəyişməyəcəyini anlamağın zamanı gəldi”.

1979-cu il İran inqilabı nəticəsində devrilmiş şahın oğlu, 59 yaşlı vəliəhd şahzadə deyib ki, Ukraynanın sərnişin təyyarəsinin qəzaya uğramasından sonra başlayan indiki etirazlar 40 il öncə onun atasını devirən üsyanı xatırladıb. Hazırda Merilenddə yaşayan Pəhləvi İran xalqının azadlıq və demokratiya istəyindən danışıb: “Təəssüf ki, bütün tariximiz boyunca İranda heç vaxt azad seçkilər olmayıb”.

O, minimum itki ilə hazırkı sosial partlayışın öhdəsindən gəlməyin yeganə yolu kimi öz planını təqdim edib. Onun sözlərinə görə, beynəlxalq birlik iranlı işçilərin ölkəni iflic etməsinə imkan yaratmaq üçün “tətil fondu”nu maliyyələşdirməlidir. Qərb hökumətləri də maksimum iqtisadi təzyiq göstərməyə davam etməlidirlər.

İranda KİV-in hazırkı durumundan danışan Pəhləvi deyib ki, hakimiyyət ölkədə baş verən hadisələr haqda məlumat yayılmasının qarşısını almaq üçün İnterneti bloklayır və KİV-i bağlayır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.02.2020
Fransanda atom elektrik stansiyasının işi dayandırılır
23.02.2020
Türkiyədə zəlzələ zamanı ölənlərin sayı artdı - FOTOLAR
23.02.2020
İranın Qərbi Azərbaycan əyalətində zəlzələ nəticəsində 25 nəfər xəsarət alıb
23.02.2020
İrandakı zəlzələ Türkiyədə dağıntılar yaratdı — FOTOLAR
23.02.2020
İranda yüksəkvəzifəli məmur koronavirusa yoluxdu