Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Deputatlığa namizəd Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb

23:10  |    17 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva rayonun Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndinin sakinləri ilə görüşüb.

Qaziler.az bildirir ki, hər 3 kəndi gəzərək sakinlərlə görüşən Qənirə Paşayeva deyib: "Bu illər ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım".

Daha sonra kənd sakinlərinin qayğılarını dinləyən Q. Paşayeva ölkəmiz güclənir və yaxın zamanlarda həllini gözləyən problemlərin də öz həllini tapacağına inandığını deyib. Q.Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı Tovuz seçki dairəsi ərazisində və ümumiyyətlə Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun daha da inkişafı istiqamətində işlərin daha da sürətlənəcəyini deyib. Q.Paşayeva bildirib ki, 14 illik fəaliyyəti dövründə Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndlərinin sakinlərinin sağlamlıqla, təhsillə və bir sıra digər problemlərlə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağıran deputatlığa namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib. Görüşdə yüzlərlə kənd sakini, ziyalılar Q.Paşayevanın təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 14 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb.

Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları üçün müvafiq qurumlara müraciət edərək həllinə dəstək olmağa çalışıb. Q.Paşayeva həmçinin hər 3 kənddə yaşayan bir sıra fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb.

Q.Paşayeva bir sıra şəhid ailələr, müharibə əlil və veteranlarını da ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıb. Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir deyən Q.Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.

Seçicilər yenə seçimlərinin millət vəkili Qənirə Paşayeva olacağını vurğulayıblar və ona uğurlar diləyiblər.

-------- Forwarded Message --------
From: ганира пашаева [email protected]
To: info [email protected]
Date: cümə, 17 yanvar 2020, 10:20PM +04:00
Subject: 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva rayonun Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndinin sakinləri ilə görüşüb.

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva rayonun Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndinin sakinləri ilə görüşüb.

Hər 3 kəndi gəzərək sakinlərlə görüşən Qənirə Paşayeva deyib: "Bu illər ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım".

Daha sonra kənd sakinlərinin qayğılarını dinləyən Q. Paşayeva ölkəmiz güclənir və yaxın zamanlarda həllini gözləyən problemlərin də öz həllini tapacağına inandığını deyib. Q.Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı Tovuz seçki dairəsi ərazisində və ümumiyyətlə Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun daha da inkişafı istiqamətində işlərin daha da sürətlənəcəyini deyib. Q.Paşayeva bildirib ki, 14 illik fəaliyyəti dövründə Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndlərinin sakinlərinin sağlamlıqla, təhsillə və bir sıra digər problemlərlə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağıran deputatlığa namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib. Görüşdə yüzlərlə kənd sakini, ziyalılar Q.Paşayevanın təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 14 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb.

Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları üçün müvafiq qurumlara müraciət edərək həllinə dəstək olmağa çalışıb. Q.Paşayeva həmçinin hər 3 kənddə yaşayan bir sıra fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb.

Q.Paşayeva bir sıra şəhid ailələr, müharibə əlil və veteranlarını da ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıb. Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir deyən Q.Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.

Seçicilər yenə seçimlərinin millət vəkili Qənirə Paşayeva olacağını vurğulayıblar və ona uğurlar diləyiblər.

cümə, 27 dekabr 2019, 08:02PM +04:00 from ганира пашаева [email protected]:


Fiziki imkanları məhdud istedadlı şəxslərin də iştirakı ilə “Vətən, Bayraq, Millət” şeirlər antologiyasının təqdimatı olub.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində nəşr edilmiş “Vətən, Bayraq, Millət” şeirlər antologiyasının fiziki imkanları məhdud istedadlı şəxslərin də iştirakı ilə təqdimat tədbiri keçirilib. Tədbirdə əlilliyi olan şəxslərin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müəsissələrinin sakinlərinin əl işləri də təqdim edilib.Tədbir “Azərbaycan üçün oxu” layihəsi çərçivəsində xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında hazırlanmış video çarxın nümayişi ilə başlayıb. Video çarxda şeir ziyalılar, o cümlədən bir sıra tanınmış fiziki imkanları məhdud insanlar tərəfindən səsləndirilir və ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bəndlə bitir. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səslənib.Millət vəkili Qənirə Paşayeva tədbiri açaraq, gənclərimizə vətənpərvərlik ruhunun aşılanmasının əhəmiyyətini, bu tədbirin də əsasında bu məqsədin dayandığını deyib. Sonra “Vətən, Bayraq, Millət” şeirlər antologiyası təqdim olunub. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova kitab barədə məlumat verib.Təşkilat tərəfindən nəşr etdirilmiş kitab gənclərimizdə vətənpərvərlik duyğularının gücləndirilməsinə, dövlət atributlarımıza daha çox sevginin aşılanması baxımından bir töhfə məqsədi daşıyır. Vətənpərvərlik mövzularında ilk dəfə ən gözəl 100 şeirin antologiya şəklində toplandığı kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müəllifi olduğu şeirlər də yer alıb.Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nazirliyin həssas qruplarla, o cümlədən əliliyi olan şəxslərlə bağlı layihələrini, onların istedad və qabiliyyətlərinin yaradıcılıq potensiallarının aşkara çıxarılması və ictimaiyyətə tanıdılması üçün aparılan işləri qeyd edib. Bu sahədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüslərini diqqətə çatdırıb, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyini vurğulayıb.Sahil Babayev nazirliyin dəstəyi ilə ötən ilin dekabrında Azərbaycan və ingilis dillərində 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomunun, görmə imkanları məhdud şəxslərin şerlərindən ibarət “Zülməti dələn işıq” kitabının nəşr edildiyini deyib. O bildirib ki, eyni zamanda, nazirliyin sifarişi və dəstəyi ilə icra olunan layihələrin bir istiqaməti də Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkilinə xidmət edir. Bu istiqamətdə aparılan işlər də Milli Qəhrəmanlarımızın cəmiyyətdə daha yaxından tanıdılması ilə yanaşı, gənclərimizin vətənpərvərlik duyğularının gücləndirilməsinə öz töhfəsini verir.

Daha sonra əməkdar artist Anar Şuşalı “Ölkəm” mahnısını ifa edib. Leyla Əliyevanın müəllifi olduğu “Zəhranın xatirəsinə” seiri əməkdar artist Hüsniyyə Mürvətovanın ifasında təqdim edilib. Paralimpiya çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyev, sağlamlıq imkanları məhdud istedadlı gənclərimizdən Mətanət Qudsi, fiziki imkanları məhdud idmançı, çempion Aynur Məmmədova, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu çıxış ediblər. Fiziki imkanları məhdud şairə və aparıcı Zeynəb Nəcəfova öz şeirini söyləyib. Xalq artisti Gülyanaq Məmmədova, fiziki imkanları məhdud sənətçi Murad Sadıq vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.Tədbir zamanı fiziki imkanları məhdud şəxslərə bayram hədiyyələri təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür
25.02.2020
Ərdoğan Bakıda Xocalı qətliamını törədənlərə LƏNƏT OXUDU
25.02.2020
Güclü külək sakinləri işıqsız qoyub
25.02.2020
“Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” - Bulvarda intihar edən qızın atası
25.02.2020
Qanun pozuntularına yol verən məntəqələr açıqlandı - SİYAHI