Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

10:23  |    14 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


“20 Yanvar” İctimai Birliyinin ofisində xalqımızın qəhrəmanlıq tarixi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Eurasia Diary xəbər verir ki, təşkilatçısı “20 Yanvar Cəmiyyəti” olan tədbirdə Qanlı Yanvar faciəsində şəhidlik zirvəsinə ucalanların ailələri, həmin hadisələrin iştirakçıları və qazilər iştirak ediblər.

“20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə tədbiri giriş nitqi ilə açaraq Qara Yanvar şəhidlərinin ailələri, habelə faciədə əlil olmuş şəxslərlə bağlı gördüyü işlərdən danışdı. S.Əzimzadə, həmçinin dövlətin 20 Yanvar şəhidləri və əlilləri üçün həyata keçirdiyi işlərdən bəhs etdi.

Tədbir zamanı “20 Yanvar Cəmiyyəti”nin fəaliyyətinə yaxından dəstək olduğuna görə fərqlənən 4 nəfər Fəxri Fərman ilə təltif edilib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq əməkdaşı və müharibə iştirakçısı Rasim Mirzəyev, “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi sədri Emil Həsənli, Qarabağ qazisi Rey Kərimoğlu təltif olundular. Onların hər biri çıxış edərək göstərilən etimada görə “20 Yanvar Cəmiyyəti”nin sədri Sultan Əzimzadəyə və idarə heyətinə təşəkkürlərini bildirdilər.

Qanlı Yanvar faciəsinin iştirakçıları və digər qonaqlar çıxış edərək 20 Yanvar hadisələrinin millətimizin dövlətçilik tarixində tutduğu önəmli yeri, eləcə də onun əhəmiyyəti və mahiyyətini vurğuladılar.

























Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
Deputatlığa namizəd Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb
17.01.2020
Nərmin necə və kimlər tərəfindən oğurlanıb? - DETALLAR
17.01.2020
YAP pulsuz efir vaxtından imtina edib
17.01.2020
Mirqafar Seyidov: "Bakıda törədilən cinayətlərin sayı azalıb"
17.01.2020
Sabahın hava proqnozu açıqlanıb