Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6950

Digər sorğular

İstanbulda metro keçidində “Qanlı Yanvar” adlı fotosərgi təşkil ediləcək

09:44  |    14 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Türkiyənin İstanbul şəhərinin “Yeni Qapı” metro qovşağının ən hərəkətli keçidində “Qanlı Yanvar” adlı fotosərgi təşkil ediləcək.

Bu barədə "Report"un Türkiyə bürosuna Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutacaq fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidinə qoyulacaq.

Eyni zamanda sərgidə 20 Yanvar faciəsini faktlarla əks etdirən məlumat lövhələri yerləşdiriləcək.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev "Report"un yerli bürosuna bildirib ki, sərginin bu metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da tanıtdırmaqdır.

Sərginin açılışı yanvarın 15-də baş tutacaq və 17-nə qədər davam edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.07.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
09.07.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 5300-ə çatıb
09.07.2020
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09.07.2020
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09.07.2020
Koronavirusa qarşı yeni dərmanlar tapılıb