Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Bu gün Putinin yerinə əsas namizəd kim ola bilər? - Avropa mətbuatı

17:35  |    13 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Vladimir Putin 2000-ci ildən bu yana Rusiyanın şəriksiz lideri sayılır. Kremli onsuz təsəvvür etmək çətindir, lakin əvvəl-axır bu an yetişməlidir. Qərb mətbuatı onun mümkün xələfinin kim olacağı barədə müxtəlif ssenarilər yürüdür.

Isveçrənin “Neue Zürcher Zeitung” qəzetinin analitiki Markus Akeretin fikrincə, gələcəkdə, daha doğrusu, 2027-ci ildə Krmelin şefi olmağa ən potensial namizəd Aleksey Dümin sayılır. A.Dümin uzun illər Vladimir Putinin cangüdəni olub və bu da onun karyera yüksəlişində əsas rol oyanyıb. Markus Akeret Vladimir Putinin gələcəkdə sruktur dəyişiklikələrinə də gedərək baş nazirin funksiyalarının və dövlət iyerarxiyasındakı rolunu yüksəldəcəyini, habelə Təhlükəsizlik Şurasının sədrinin də avtoritetini qaldıracağını güman edir. Bundan sonra isə onun Aleksey Dümini Prezident administrasyasının rəhbəri postuna gətiriləcəyi fərz olunur.

Bəhs olunan şəxsə gəlincə, onun Tula vilayətinin qubernatorluğu kimi idarəçilik sahəsində təcrübəsi artıq var. Analitik Aleksey Düminin İqor Seçin (Rosneft), Aleksey Miller (Qazprom) və Sergey Çemezov (Rostex) kimi iri oliqarxların da yerlərini daha gənclərə verəcəyini bildirir.

Federal Təhlüksizlik Xidmətinin direktoru vəzifəsinə Putinin daha bir cangüdəni Yevgeni Ziniçevin irəli sürüləcəyi söylənilir.
“Neue Zürcher Zeitung”un siyasi eksperti yeni prezidentin əvvəlkindən daha zəif və sistemdən daha çox asılı vəziyyədə olacağını, bununla Rusiyada islahat gözləntilərinin məyusluqla sonuclanacağını yazıb

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
Angela Merkel Türkiyəyə gedir
17.01.2020
Ramzan Kadırova yeni vəzifə təklif edilib
17.01.2020
İran XİN: Təyyarə qəzasından siyasi məqsədlər üçün istifadə olunmamalıdır
17.01.2020
Rusiyanın yeni baş naziri əslən bu erməni kəndindəndir
17.01.2020
Erməniləri Qarabağda gücləndirən Sara kimdir?