Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Şəhidin xanımı media nümayəndələrinə müraciət etdi

12:49  |    13 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Aprel döyüşlərində Şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə media nümayəndələrinə müraciət edib

Qaziler.az bildirir ki, Aprel şəhidinin xanımının müraciətində deyilir: "Dəyərli media nümayəndələri və rəhbərləri Aprel döyüşlərində Şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri və nəhayət bir azərbaycanlı kimi bu müraciəti hər birinizə ünvanlayıram.
Bizlər, ən əziz, yaxın, doğma insanlarımızı Vətənimizin bütövlüyü, azadlığı uğrunda fəda etmiş ailələrik. Güman edirəm ki, sizə, mediada və KİV-də yayılan bəzi xoşagəlməz informasiyalar barədə irad bildirməyə mənəvi haqqımız vardır.
Biz Azərbaycan gəncliyinə, övladına hər zaman və hər yerdə Şəhidlərimizi və onların döyüş yolunu nümunə göstəririk. Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri dəyərləri yaşadır və təbliğ edirik. Çox istərdik ki, bu müqəddəs dəyərləri təbliğ etməkdə bizim arxamızda olasınız. Cəmiyyəti düzgün və sağlam informasiya ilə təmin etməkdə yardım edəsiniz.
Lakin bəzi KİV sosial şəbəkələrdə bizim müqəddəs bildiyimiz dəyərlərimizi müzakirə obeyktinə çevirərək, Şəhid adına yaraşmayan ailə-məişət problemlərini gündəmə gətirir və geniş müzakirə mövzusuna çevirir. Xatırladım ki, Şəhid ailələrinin daxili ailə problemi ictimai müzakirə mövzusu ola bilməz! Bu zaman biz cəmiyyət olaraq dəyərlərimizə və sayğı duyduğumuz insanlara inamı itirəcəyik.
Gəlin Qəhrəmanlarımızı təbliğ edək onların uğrunda can verdikləri Vətənimizi tanıdaq, Azərbaycanımızı 30 ildir didib-parçalayan Qarabağ problemini gündəmdən düşməyə qoymayaq.
İnanıram ki, müraciətimizə diqqət və sayğı ilə yanaşacaqsınız.

Hörmətlə,
Şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı,
“Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri
Sevinc Alızadə"
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
Deputatlığa namizəd Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşüb
17.01.2020
Nərmin necə və kimlər tərəfindən oğurlanıb? - DETALLAR
17.01.2020
YAP pulsuz efir vaxtından imtina edib
17.01.2020
Mirqafar Seyidov: "Bakıda törədilən cinayətlərin sayı azalıb"
17.01.2020
Sabahın hava proqnozu açıqlanıb