Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

ATƏT sədri dəyişdi - Qarabağ danışıqlarını nə gözləyir?

12:27  |    11 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Politoloq: “Təşkilat üzvlərindən ikisi digər 3 üzv ölkənin ərazilərini işğal altında saxlayır...”

Bu ilin əvvələrindən başlayaraq, ATƏT-də sədrlik Slovakiyadan Albaniyaya keçdi. Qurumun yeni sədri, Albaniyanın baş naziri və xarici işlər naziri Edi Rama deyib ki, ölkəsi ATƏT-in sədri qismində Qarabağ münaqişəsinin nizamlanması prosesində təşkilatın iştirakını möhkəmləndirməyə davam edəcək.

Bəs sədr dəyişikliyi Qarabağ məsələsini həlinə nə vəd edir?

Politoloq Elçin Mirzəbəyli ümidli deyil: “ATƏT-ə sədrlik rotasiya yolu ilə həyata keçirilir və bu dəyişiklik son nəticədə ATƏT məkanında olan problemlərin həllinə birbaşa təsir göstərmir. Şübhəsiz ki, ATƏT-ə sədrlik edən dövlətin nüfuzu bu və ya digər münaqişənin həlli ilə bağlı prosesin müəyyən zaman kəsiyində sürətlənməsinə zəmin yarada bilər. Amma Albaniyanı qlobal miqyasda nüfuz sahibi olan dövlətlər siyahısına əlavə etmək düşünürəm ki, hələlik heç kimin ağlına gəlməyib. Digər tərəfdən, ATƏT-in özü də elə yarandığı gündən Avropada təhlükəsizliyə və əməkdaşlığa töhfə vermək iqtidarında olmadığını təsdiqləyib. Təşkilat üzvlərindən ikisi digər 3 üzv ölkənin ərazilərini işğal altında saxlayır, yaxud bu ərazilərdə qondarma rejimlər formalaşdıraraq, de-fakto özü idarə edir. Əslində bu da işğalın bir formasıdır. Belə olduğu təqdirdə ATƏT-in hansısa prosesdə müsbət rol oynayacağını gözləmək sadəlöhvlük olardı. ATƏT əlahiddə bir statusa, dövlətlərüstü səlahiyyətə malik olan qurum deyil.

Bu baxımdan da ATƏT-ə sədrliyin Albaniyaya keçməsindən heç nə gözləmirəm. Albaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi neytral xarakter daşıyır və beynəlxalq hüquqdan irəli gələn ümumi ifadələrlə məhdudlaşır. Bunu da Albaniyanın qonşu ölkələrdə yaşayan etnik albanlarla bağlı mövcud olan problemlərlə izah etmək olar. Cənubi Qafqazda heç bir tarixi, hüquqi əsası olmayan ”Böyük Ermənistan" xülyası olduğu kimi Şərqi Avropada da “Böyük Albaniya” iddiası var. Doğrudur, müasir Albaniya dövləti bu iddiaları dəstəkləmir. Amma Avropada heç kim “Alban Milli Ordusu” adlı silahlı qruplaşmanın ideoloji platformasını unutmayıb. Bu ideoloji platformaya görə, Albaniya, Kosova, Makedoniyanın qərb, Qaradağın şərq, Yunanıstanın şimal, o cümlədən Serbiya ərazisi olan Preşeva vadisi “Böyük Albaniya” dövlətinə daxil olmalıdır. Digər tərəfdən, Azərbaycanla Albaniyanın Kosova məsələsinə münasibəti də kökündən fərqlənir.

Bu məsələdə Azərbaycan beynəlxalq hüququn prinsiplərindən çıxış edir və haqlı olaraq Kosovanı müstəqil hüququn subyekti kimi tanımır. Albaniya isə əksinə, əsasən etnik albanlardan ibarət Kosovanın müstəqilliyini tanıyır və az qala bu müstəqilliyin təminatçısı kimi çıxış edir. Məhz bu ziddiyyətlər, təkcə konkret münaqişəyə münasibətdə deyil, ATƏT məkanındakı bütün proseslərə öz təsirini göstərir. Albaniyanın baş naziri münaqişələrin həlli ilə bağlı yeni heç nə demir, ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyəcəyini deyir. Yəni ortalıqda Minsk Qrupunun səyləri olmalıdır ki, ATƏT-in sədri də bu səyləri dəstəkləsin. Hazırda nə belə səylər var, nə də dəstək. Guya ATƏT-in Minsk Qrupunun həmsədrləri konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa addımlar atsaydı, Albaniyanın xarici işlər naziri bu səyləri dəstəkləməyəcəkdi? Albaniya hansı güc və nüfuzun sahibidir ki, BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvünün mövqeyinə qarşı getsin?! Onu da qeyd edim ki, hər il ATƏT-in sədrləri dəyişəndə eyni bəyanatlar səsləndirilir və yeni heç nə baş vermir. Azərbaycan daha da güclənməli, regionda baş verən proseslərdən öz xeyrinə yararlanmağı bacarmalıdır".

Siyasi şərhçi Əhəd Məmmədli də eyni cür düşünür: “ATƏT-də sədrliyin Albaniyaya keçməsi Azərbaycana heç nə vəd etmir. ATƏT-ə sədrlik növbətçilik qaydasında protokol qaydası bir postdur. Bu qurumda əsas söz sahibləri həmsədrlərdir. Azərbaycandan zəif ölkə olan Albaniya bizə nə kömək edə bilər ki? Bu ölkə Avropanın göbəyində yerləşsə də, nüfuz cəhətdən Azərbaycandan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan zəifdir. Avropanın bəlkə də, ən kasıb ölkələrindən biridir. İstəsə belə, Azərbaycana kömək edə bilməz. Çünki buna gücü yetməz, imkan verməzlər. Digər tərəfdən, Azərbaycan Kosovanın müstəqilliyini tanımayıb. Albanlarla da kosovalılar eyni millətdirlər. Bu baxımdan da Albaniyaya o qədər də böyük ümidlər bəsləməyək. Bizə dəstək versələr belə, bu protokol qaydası ilə olacaq”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edib
17.01.2020
Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub
16.01.2020
Ermənistana ən böyük güzəştimiz - atəşkəs rejiminə dözüm sonsuz olmayacaq
16.01.2020
Qarabağda vəhşiliklər törətmiş erməni general azadlığa buraxıldı...
16.01.2020
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 23 dəfə pozub