Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

Qarabağla bağlı təxribat aradan qaldırıldı

23:14  |    10 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Bir müddət əvvəl Avropa İttifaqının (Aİ) “Horizon 2020” proqramının rəsmi internet səhifəsinin “ölkə profilləri” hissəsində yerləşdirilmiş xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin “Nagorno-Karabakh Republic” adı altında ayrıca beynəlxalq subyekt kimi göstərildiyi, beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı kobud və məkrli təxribatçı yanaşmanın nümayiş etdirildiyi müəyyən olunub.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Bununla əlaqədar olaraq, Azərbaycan tərəfindən sözügedən təxribatın aradan qaldırılması məsələsi Aİ-nin "Horizon 2020" proqramının icraçı qurumunun diqqətinə çatdırılıb və təcili tədbirlərin görülməsi tələb edilib.

Qeyd etmək istərdik ki, “Horizon 2020”nin internet səhifəsində yerləşdirilmiş yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb. Aİ nümayəndəsi sözügedən məsələnin aidiyyəti Baş Direktorluqla araşdırıldığını və yaranmış vəziyyətin sırf həmin saytın tərtibatında iştirak etmiş texniki heyətin diqqətsizliyi səbəbindən irəli gəldiyini qeyd edib. Bənzər səhvlərin gələcəkdə təkrarlanmaması üçün Aİ-nin Baş Direktorluqları arasında müvafiq xəbərdarlığın yayılmasının vacibliyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2020
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
11.08.2020
Qarabağ qazisi Niyaz Ələsgərov vəfat edib
09.08.2020
“Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa yolu yoxdur” - Deputat
07.08.2020
“Dağlıq Qarabağın azad olunması an məsələsidir” - Polkovnik
07.08.2020
Rey Kərimoğlu: "Vətən sevginizi xırda hisslərə qurban verməyin" - VİDEO