Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

“Evdə oturub ölümümü gözləyirəm” – Xalq artisti

17:19  |    10 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


“Mənəvi cəhətdən boşluq yaşayıram. Çox darıxıram. Evdə oturub ölümün yaxınlaşmasını gözləyirəm”.

Qaziler.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib. “Moşu” kimi tanıdığımız aktyor işsiz qalmasından gileylənib.

“Evdə oturub ölümümü gözləyirəm. Nə zaman əcəl gələcək, onda ölüb gedəcəyəm. İşim yox, gücüm yox. Mən nə plan qura bilərəm? Oynayacağım tamaşalar da yoxdur. Şəhər evində üçüncü mərtəbədə yaşayıram. Aşağı düşürəm, yuxarı qalxıram. Günümü belə yola verirəm”.

V.Kərimovun sözlərinə görə, maddi vəziyyəti normal olsa da, teatrdan uzaq düşməsi ona pis təsir edir.

“Prezident təqaüdü alıram, normal dolanıram. Maddi baxımdan şikayətim yoxdur. Səhhətim də qaydasındadır. Şükür, sağlamam. Ancaq mənəvi cəhətdən boşluqdayam. Tamaşa olsa oynayaram, iş olsa işləyərəm. Heç nə ilə başımı qata bilmirəm. Pirşağıda bir bağım var. Maşınım yoxdur deyə gedib əkin-biçinlə məşğul ola bilmirəm. Nəvələrlə başımı nə qədər qata bilərəm ki? Hərdən sənət dostlarımla görüşürəm. Tamaşalara xəbərim olanda gedirəm. Bəzən Afaq Bəşirqızı ilə telefonla danışırıq, onunla dərdləşirik. Bax, həyatım belə keçir”, - deyə Xalq artisti vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
17.01.2020
Rasim Balayevə “Nəsimi” medalı verildi
15.01.2020
Qarabağla bağlı dünya səviyyəli filmimiz yoxdur - Kinorejissor səbəbini açıqlayır
15.01.2020
Prezident İlham Əliyev kino tədqiqatçısına mənzil hədiyyə edib
30.12.2019
Kənan "Savaşçı"dan getdi