Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Nərminin qətlində şübhəli bilinən şəxs tutulub - RƏSMİ

16:12  |    10 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Tovuzda azyaşlının qətlində şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
Bakıda maşından polislərə atəş açıldı
17.01.2020
Diplomatımız erməni mahnısı oxuyan azərbaycanlı müğənniyə şillə vurdu - Gürcüstanda
17.01.2020
Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb, yaralılar var
16.01.2020
Polis rəisinin müavini vəzifə başında vəfat etdi
16.01.2020
Abşeronda ər-arvadın dəm qazından boğulması faktı ilə bağlı cinayət işi başlanıb