Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

20:12  |    09 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyində tədbirlər planı təsdiq edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaziler.az-a bildiriblər ki, plana əsasən Azərbaycan Ordusunda şəxsi heyətə parlaq vətənpərvərlik nümunələrinin təbliği, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edəcək, Müdafiə Nazirliyinin hərbi hissə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunacaq.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində, Hərb Tarixi Muzeyində kitab, foto və rəsm sərgilərinin, eləcə də səyyar təşviqat qruplarının cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlərinin təşkili, xüsusi təyinatlı təhsil müəssisələrində və hərbi hissələrdə “20 Yanvar qəhrəmanlıq və qürur günümüzdür” şüarı altında ədəbi-bədii kompozisiyaların təqdim edilməsi, bədii və sənədi filmlərin nümayişi, dəyirmi masa və tematik gecələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2020
Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum oldu
14.08.2020
QMİ nümayəndəsi inanclı insanlara müraciət etdi: Bu bir qanundur...
14.08.2020
Süni tənəffüs cihazındakı xəstələrin sayı azaldı
14.08.2020
Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
14.08.2020
Prezident bu nazirliyin səlahiyyətlərini artırdı - FƏRMAN