Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

“Raqufun atası Milli Qəhrəman Allahverdi Bağırovun dəstəsində vuruşub” - Aprel şəhidinin həyat yoldaşı

21:29  |    08 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Tariximizin hansı səhifəsini vərəqləsək, orda şəhidlərimizin keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik

Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Doğru deyiblər, “Torpaq uğrunda ölən varsa, vətəndir”. Bu qəhrəman adlardan biri də 2016-cı ilin “Aprel döyüşləri”ndə rəşadət göstərərək, şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Raquf Orucov oldu. Onun özü qədər, ailəsi də hər birimiz üçün doğma və əzizdir.

Qeyd edək ki, iki gün öncə R.Orucovun atası İbrahim Orucov yanvar 75 yaşında, yaşadığı Sumqayıt şəhərində dünyasını dəyişib.

Modern.az “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə ilə qayınatası İbrahim Orucov haqqında müsahibəni təqdim edir.

- Sevinc xanım qayınatanız necə bir insan idi?


- Qayınatam İbrahim Orucov Ağdam rayonunun Cinli kəndində anadan olub. Həm çox mərd, eyni zamanda, döyüşkən bir şəxs olub. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun dəstəsində vuruşub. Demək olar ki, bütün Ağdam camaatı onu yaxşı tanıyırdı. Ancaq Raqufdan sonra, bu əzəmətdən əsər-əlamət qalmadı. Həm çox kövrəkləşmişdi, həm də ki, uşaq kimi idi. Böyük oğlum Aqşin onu dəhşət çox istəyirdi. Ancaq balaca oğlumu görəndə o dəqiqə ağlayırdı. Deyirdi ki, Raqufa çox oxşayır. Demək olar ki, Raquf şəhid olandan sonra, Nihatı çox az hallarda görürdü. Özüm aparmırdım ki, Nihatı görəndə pis olmasın. Çünki, onu görəndə halı pisləşirdi, xəstəliyi daha da sürətlənirdi.

- Bildiyimiz qədər Ağdamın işğalı zamanı qayınananız da həlak olub. Bundan sonra ailənin vəziyyəti necə oldu?

- Bəli, qayınanam Raya Orucova 1993-cü il Ağdam rayonu işğal olunan zaman həmin günü də şəhid oldu. Aranzəmin istiqamətində gedən döyüşlərdə yemək aparan zaman ermənilər onu güllə ilə vurmuşdu. Elə orada da Raya xanımı dəfn etdilər. Qayınanam şəhid olanda Raqufun 19 yaşı, evin balacası baldızımın isə cəmi 8 yaşı var idi. Ağdam işğal olunandan sonra, qayınatam 5 uşağı da götürüb Sumqayıta gəldi. Burada yataqxanada məskunlaşdı. Deyərdim ki, qayınatamın elə məşəqqətli günləri oradan başladı. Düz 25 il həmin yataxanada yaşamalı oldular. Onu da bildirim ki, qayınatam Raya xanımdan sonra heç vaxt ailə qurmadı. Son 6 aya qədər hələ də o yataqxanada qalırdı. Daha sonra Sumqayıtda məcburi köçkünlər üçün şəhərcik salındı. Qayınatama da həmin şəhərcikdən ev verdilər. İnanın ki, o evə köçmək istəmirdi, deyirdi ki, Raquf da yoxdur, həm də 25 ildir yataqxanada yaşamışam, bundan sonra nə ömrüm qalıb ki? Taleyi heç vaxt üzünə gülmədi, ömürboyu əzab çəkirdi. Sanki, həyatı itkilər verməkdən ibarət idi.

- Həyat yoldaşınız Raquf Orucovun şəhid olmasından sonra qayınatanızın səhhətində problemlər yarandığı bildirilir. Hansı xəstəlikdən əziyyət çəkirdi?

- Raqufdan sonra, qayınatamın səhhətində çox ciddi problemlər yarandı. Düzü əvvələr hiss olunmurdu. Raqufun ölümündən 2 ay sonra vəziyyəti getdikcə pis olmağa başladı. Bir də gördük ki, ağzında əyilmələr başladı, təcili həkimə apardıq. Həkim bildirdi ki, insult keçirib, hərəkətləri də getdikcə məhdudlaşırdı. Hətta yaddaşını da itirmişdi, beynində quruma prosesi gedirdi. Raqufun ölümünü qəbul edə bilmirdi. Raquf evin böyük oğlu idi, demək olardı ki, onunla nəfəs alırdı. Nə dərdi olurdusa, Raqufa deyərdi. Bir sözlə ailəni ona həvalə etmişdi.

- Ölümündən qabaq hər-hansı bir vəsiyyəti oldumu?

- Əslində elə bir vəsiyyəti olmadı. Ən böyük dərdi torpaq dərdi idi. Doğulduğu Ağdamı elə həsrətlə arzulayırdı ki, sanki bu itki, onun bütün dərdlərini unutdurmuşdu. Çox təəssüf ki, bu dünyadan nisgilli getdi. Düz 3 il yataq xəstəsi oldu. Yaddaşını itirdiyinə görə elə bilirdi ki, Raquf gələcək. Gözü qapıda qalırdı. Elə ancaq deyirdi ki, Raquf gələcək. Elə bilirdi ki, Raquf əməliyyatdadır, bir gün sağalıb qayıdacaq. İnanın ki, ölümünə 2 gün qalmış Raquf mənim yuxumdan çıxmırdı. Sanki, elə bil ona da ayan olmuşdu ki, atası da onun yanına gələcək. Bəlkə o dünyada rahatlıq tapar, ruhu şad olsun
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.12.2019
Vətən və xalq sevgisi evimizdən başlamalıdır
10.12.2019
Ziya Məmmədovun qardaşı danışdı: “...İnşallah, seçkiyə qoşularıq”
27.11.2019
“Qaçqınkom”un sədr müavini: “Məcburi köçkünlər onlara verilən evləri sata, kirayəyə verə bilməzlər”
22.11.2019
Bəxtiyar Hacıyev: “Mənə irad bildirib, qüsur axtaranlar bu xəbəri manşetdən verdilər” - MÜSAHİBƏ
08.11.2019
Mədət Quliyevin oğlu: "Çalışıram ki, insanlarla münasibətdə yekəxana olmayım" - VİDEOMÜSAHİBƏ