Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

Mikayıl Müşfiqin anım tədbiri keçirilib - VİDEO

21:42  |    06 Yanvar 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycanın sevimli şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin anım günü keçirilib.

"Report"un məlumatına görə, ənənəvi mərasim şairin Bakıdakı abidəsi önündə başlayıb və Xızıdakı "Müşfiq ocağı"nda davam etdirilib.

Tədbirdə şair və yazıçılar - Vaqif Bəhmənli, Tofiq Nurəli, Firidun Qurbansoy, Nəcməddin Mürvətli, Rafiq Hacılı, Ofelya Babayeva, ictimaiyyət nümayəndələri iştirak edib.

Builki tədbir maraqlı yeniliklə yadda qalıb. "Müşfiq ocağı"nda şair Tofiq Nurəlinin yeni çapdan çıxmış, yalnız sevgi şeirlərinin toplandığı “Darıxan nəğmələr" kitabı oxuculara təqdim edilib. Bu, iştirakçılar tərəfindən Tofiq Nurəlidən Mikayıl Müşfiqin ruhuna töhfə kimi qiymətləndirilib.

Tofiq Nurəlinin "Darıxan nəğmələr" kitabının təqdimatı ilə Müşfiq günləri üçün yeni ənənənin əsası qoyulub. Bundan sonra belə tədbirlərdə Müşfiq ruhlu təzə şeir kitablarının təqdimatı qərara alınıb. Yenilik tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2020
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
09.08.2020
Ağsuda zəlzələ olub
09.08.2020
Xəzər dənizində zəlzələ olub
08.08.2020
''Space'' TV-nin əməkdaşı vəfat edib
05.08.2020
XİN: Türkiyə Beyruta yardım göndərib