Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Qusarda qəhrəman Qazi haqqında filmin təqdimatı olub - FOTOLAR - VİDEO

09:00  |    05 Yanvar 2020  |   E-mail  |  Çapa göndər

Qusar rayonunda, Heydər Əliyev Mərkəzində Qarabağ qazisi, polkovnik-leytenant, Azərbaycanın qəhrəman oğlu Bəhram Ağakişiyevin həyatından, döyüş yolundan bəhs edən "Cənnət yolçusu" sənədli filminin təqdimatı olub.

Qaziler.az bildirir ki, "Cənnət yolçusu" sənədli filmi Azərbaycan respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstək Şurasının maliyyə yardımı ilə "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi tərəfindən hazırlanıb. Layihə rəhbəri Şəmistan Əlizamanlıdır. Filmin ssenari müəllifi İlham Tumas, rejissoru Nicat Cəlilov, redaktoru Rey Kərimoğludur.

Layihə rəhbəri Ş.Əlizamanlı təqdimatdan əvvəl çıxış edərək xalqımızın qəhrəman oğlu Bəhram Ağakişiyevin keçdiyi döyüş yolundan, onun vətən və dövlət sevgisindən danışıb. O, filmi ərsəyə gətirdiklərinə görə yaradıcı heyətə, dəstəyə görə Azərbaycan respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstək Şurasına təşəkkür edib.

Filmin təqdimatından sonra Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının sədri Davud İbrahimxəlilov çıxış edərək Şəmistan Əlizamanlı başda olmaqla filmin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirərək deyib: “Bu filmi ərsəyə gətirənlərə, şəxsən Şəmistan Əlizamanlıya təşəkkürümü bildirirəm ki, bu filmlə siz qəhrəmanımızı bizə tanıtdınız. Bundan sonra da biz tez-tez rayonumuzda qəhrəmanımızla gənclərin – şagirdlərin görüşünü təşkil edəcəyik. Fəxr edirik ki, Bəhram Ağakişiyev kimi bizim eloğlumuz var! ”

Sonra Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, Bəhram Ağakişiyevlə uzun müddət bir yerdə xidmət etmiş polkovnik Cəlil Xəlilov geniş çıxış etdi. O, qəhrəmanın keçdiyi şərəfli yoldan ətraflı danışdı.

Sonunda B.Ağakişiyev çıxış edərək tədbirin təşkilinə görə zəhməti keçən hər kəsə təşəkkür etdi: “Şəxsən mənə verdiyiniz dəyərə və belə bir tədbir təşkil etdiyinə görə təşkilatçılara, zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Mən vətənimi çox sevirəm, bundan sonra da vətənim üçün nə lazımdırsa edəcəyəm. Canımı da qurban verməyə hazıram, təki torpaqlarımız mənfur düşməndən azad olunsun!”

Yüksək səviyyədə keçən tədbirdə Qusar rayon ictimaiyyətinin, veteranlar təşkilatlarının nümayəndələri, hərbçilər iştirak edib.

Qaziler.az


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb
16.01.2020
Daha 250 ailə üçün intensiv meyvə bağları salınıb
15.01.2020
Ağciyər Xəstəlikləri İnstitutu iki xəstənin ölümü ilə bağlı məlumat yayıb
14.01.2020
İşdən qeyri-qanuni şəkildə azad edilmiş 88 işçi öz işlərinə bərpa olunub
13.01.2020
Nazirlik daha 15 növdə e-arayış xidmətini istifadəyə verəcək