Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Şəhid Milli Qəhrəmanın doğum günüdür - Məzarı ziyarət olundu

13:02  |    05 Yanvar 2020  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum alay komandiri, Azərbaycan Milli Ordusunun qurucularından biri polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin doğum günüdür.

QAZİLER.AZ xəbər verir ki, bu münasibətlə Ş.Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.

Ziyarət iştirakçıları Ş.Mirzəyevin döyüş yolundan, onun Azərbaycanda milli ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıblar. Sonra onlar Şirin Mirzəyevin silahdaşlarının Şəhidlər Xiyabanındakı məzarlarını da ziyarət ediblər.

Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.

Ş.Mirzəyev 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Polkovnik leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.

Hər il yanvarın 5-də, iyunun 20-də Ş.Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət edirlər.

Xatırladaq ki, 18 iyun 1992-ci ildə Şirin Mirzəyevlə yanaşı 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun (Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. red), 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzeyevin (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olubdur.

Ölümündən sonra Şirin Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.





QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edib
17.01.2020
Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub
16.01.2020
Ermənistana ən böyük güzəştimiz - atəşkəs rejiminə dözüm sonsuz olmayacaq
16.01.2020
Qarabağda vəhşiliklər törətmiş erməni general azadlığa buraxıldı...
16.01.2020
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 23 dəfə pozub