Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb?- Rəsmi açıqlama

21:41  |    29 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda quraşdıracağı piyadalar üçün 500 yeni yol nişanını xaricdən dəfələrlə şişirdilmiş qiymətə aldığı haqda yayılmış məlumatlarla bağlı KİV-ə müraciət edib.

Müraciətdə deyilir: "Nəqliyyat elə bir xidmət sahəsidir ki, daim ictimaiyyətin diqqət mərkəzində olub və bu sahə ilə bağlı məlumatlar hər zaman geniş marağa səbəb olub. Lakin təəssüflə qeyd edilməlidir ki, əhalinin bu sahəyə olan diqqət və marağından sui istifadə edən bəzi KİV-i ictimai nəqliyyat və yol hərəkətinin təşkili ilə bağlı məlumatların yayılmasında qeyri-peşəkarlıq, bəzi hallarda isə qərəzli mövqe nümayiş etdirirlər. Bütün bunlar isə dövlət tərəfindən şəhər nəqliyyat sistemində həyata keçirilən və son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyan islahatlara xələl gətirmək, vətəndaşlarda görülən işlərə qarşı inamsızlıq yaratmağa xidmət edən uğursuz cəhdlərdir.

Növbəti belə uğursuz cəhd Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadalar üçün istiqamət göstərici lövhələrin alınması ilə bağlı informasiyanın yayılması zamanı edilib. Belə ki, Dövlət Satınalma Reyestrinə istinadən bu barədə məlumatı əldə edən bəzi KİV nümayəndələri təxəyyüllərinə uyğun yalan məlumatlar yayımlayıblar. Ucuz reytinq qazanmaq və digər çirkin məqsədləri güdən həmin şəxslər, eyni zamanda, jurnalist kimi nə dərəcədə savadsız olduqlarını da bir daha nümayiş etdiriblər. Dövlət Satınalma Reyestrində açıq şəkildə söhbətin piyadalar üçün istiqamət göstərici lövhələrin alınmasından getdiyi qeyd olunsada özlərini jurnalist adlandıran həmin şəxslər Bakı Nəqliyyat Agentliyini adi yol nişanının dəyərini şişirtməkdə ittiham ediblər.

Məsələyə peşəkar yanaşma olsaydı həmin məlumatı və onunla bağlı sual doğuran məqamları dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlanılardı.

Bu cür savadsız və tam qərəzli formada yayılan hər hansı əsassız bir fikir və yalnış rəy görülən işlərə kölgə salmaqla yanaşı, insanlar arasında yersiz təşviş və çaşqınlığın yaranmasına gətirib çıxarır.

Bir daha bu cür qeyri-peşəkar və qeyri obyektiv mövqedən çıxış edən KİV-i nümayəndələrini diqqətli olmağa çağırırıq. Eyni zamanda, tövsiyə edirik ki, əldə etdiyiniz məlumatı aidiyyəti üzrə qurumun Mətbuat Xidməti ilə dəqiqləşdirmədən yayımlamaqdan çəkinin".

***

Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracağı haqda xəbər vermişdik. Həmin nişanların birinin büdcəyə 1840 manata (1082 ABŞ dollarına) başa gəlməsi isə şok effekti yaradıb. Belə ki, bir nişanın bu qiymətə olması heç bir halda inandırıcı deyil.

Yenisabah.az məsələ ilə bağlı internet üzərindən qısa araşdırma aparıb və nəticədə ortaya şok reallıq çıxıb. Bəlli olur ki, Bakı Nəqliyyat Agentliyi bu nişanları Almaniyadan 30 dəfə, Rusiyadan isə düz 70 dəfə baha qiymətə “alıb”.

Bəlli olur ki, həmin nişanlar Avropanın ən bahalı ölkələrindən olan Almaniyada cəmi 32 avro (60 manat), Rusiyada isə 850-950 rubl (25 manat) qiymətinə satılır.

Bildirək ki, dövlət satınalma reyestrinə əsasən, BNA dekabrın 24-də "MG Construction” MMC ilə bu nişanların alınması üçün müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 920 min manatdır.





***

Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanı dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək.

"AzPolitika" Marja.az-a istinadla xəbər verir ki, dövlət satınalma reyestrinə əsasən, müqavilə dekabrın 24-də "MG Construction” MMC-yə verilib.

Müqavilənin ümumi dəyəri 920 min manatdır.

Şirkətin veb saytında (mgconstruction.az/shop-2/) onun istehsalında yol nişanlarının olması barədə məlumat yoxdur.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.12.2019
İlin ən yaxşı idman federasiyası məlum oldu - FOTO
26.12.2019
İşdən çıxarılan həkimin şok səs yazısı: “Mən elə şərəfsiz köpək oğlunun...”(AUDİO)
16.12.2019
Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsini təsdiqləyib
14.12.2019
Yol qəzaları səbəbindən bu rayonlarda qaz təminatı müvəqqəti olaraq dayandırılıb
14.12.2019
Regionlarda 760 fərdi evə təbii qaz verilib