Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

“Balans” Studiyası “Nəsimi” filmini tam bərpa etdi

15:51  |    21 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Dekabrın 20-də Nizami Kino Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə, Azərbaycan kinosunun incilərindən sayılan, bərpa olunmuş “Nəsimi” bədii filminin təqdimat mərasimi keçirildi.

Qaziler.az bildirir ki, ANS Şirkətlər Qrupuna Daxil olan Balans Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun dəstəyi ilə dekabrın 20-də Nizami Kino Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə, Azərbaycan kinosunun incilərindən sayılan, bərpa olunmuş “Nəsimi” bədii filminin təqdimat mərasimi keçirildi.

Azərbaycan Respublikası Prezidentinin bu il yanvarın 11-də imzaladığı “2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı” sərəncamı çərçivəsində Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və AMKAD-ın (Azərbaycan Milli Kino və Animasiyaya Dəstək) sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Nəsimi” bədii filmi 1973-cü ildə çəkilib və görkəmli şairin 650 illiyinə həsr edilib.
Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev filmin pozitivində olan texniki qüsurlardan danışaraq, bərpa prosesinin çətinliyini vurğuladı. “Lakin nəticə olaraq, Azərbaycanın kino incisini xalqımıza yüksək keyfiyyətdə qaytardıq”. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirdi. Tamaşaçılara bərpa prosesinin necə aparılması ilə bağlı da film haqqında film də təqdim olundu.
Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” Kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan mədəniyyətinin özəyini təşkil edən kinoların bərpa edilməsində göstərdiyi müstəsna xidmətlərinə görə “Balans Studiyası”na təşəkkürünü bildirdi. Cəmil Quliyev qarşıdan gələn 2020-ci ildə də bu layihənin davamını gözlədiyini də bildirdi.
Daha sonra filmdə Fatma rolunu canlandıran Xalidə Quliyeva çıxış edərək bu filmə ayrılan diqqət üçün “Balans” Studiyasına təşəkkürünü bildirərək, filmin çəkilişləri barədə təəssüratları ilə bölüşdülər.

Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri iştirak edib.

Xatırladaq ki, “Nəsimi” filmi Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, “BalANS” Milli Rəqəmsal Bərpa Studiyası, “Azərbaycanfilm" kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olundu.

1. 1973-cü ildə çəkilib.

2. Dram, Tarixi və bioqrafik janrda çəkilib.

3. İlk nümayişi 5 iyun 1974-cü olub.

4. Ssenari müəllifi İsa Hüseynov olub.

5. Quruluşçu rejissor Həsən Seyidbəylidir.

6. Quruluşçu operator Rasim İsmayılovdur.

7. Bəstəkarı Tofiq Quliyevdir.

8. 99 dəqiqəlik, rəngli filmdir.


9. Nəsimi rolunu Azərbaycanın xalq artisti Rasim Balayev canlandırıb. Rollarda çəkiliblər:

İsmayıl Osmanlı (Nəimi), Xalidə Quliyeva (Fatma), Yusif Vəliyev (Teymurləng), Kamal Xudaverdiyev (Yusif), Tofiq Mirzəyev (Dövlət bəy), Səməndər Rzayev (Şirvanşah İbrahim), Məmmədrza Şeyxzamanov (Şeyx Əzəm), Almaz Əsgərova (Şəms), Muxtar Maniyev (Miranşah).

Студия BALANS восстановила фильм «Насими»

По заказу Министерства Культуры Азербайджана, Фонда имени Чингиза Мустафаева и Группы Компаний ANS – в честь 650-летия великого азербайджанского поэта и философа Имадеддина Насими, студия Balans отреставрировала фильм «Насими».

20 декабря в 19:00 в Киноцентре «Низами» состоится презентация исторического фильма режиссёра Гасана Сеидбейли, реставрированного Национальной студией цифрового восстановления BALANS (входит в группу компаний ANS).
На церемонию презентации приглашены все желающие. Вход свободный.
Предоставляем к вниманию читателей сравнительное видео, где можно увидеть как было «до», и как фильм преобразился «после» ресаврации:

Xalidə Quliyeva
Rasim Balayev
Şeyx Əbdül Mahmudov
Ramiz Məlikov
Nadir Əzməmmədov
Fərəc Fərəcov
Dilarə Seyidbəyli

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2020
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
17.01.2020
Rasim Balayevə “Nəsimi” medalı verildi
15.01.2020
Qarabağla bağlı dünya səviyyəli filmimiz yoxdur - Kinorejissor səbəbini açıqlayır
15.01.2020
Prezident İlham Əliyev kino tədqiqatçısına mənzil hədiyyə edib
10.01.2020
“Evdə oturub ölümümü gözləyirəm” – Xalq artisti