Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6997

Digər sorğular

Vətən və xalq sevgisi evimizdən başlamalıdır

23:14  |    19 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Daşqın Abdullayev: “Qarabağla bağlı verilən bütün xəbərlər və araşdırmalar xüsusi əhəmiyyətə malikdir”

Müsahimiz ARB Televizyasının cəbhə müxbiri Daşqın Abdullayevdir. Televizya jurnalistikasına gəlməzdən öncə müxtəlif qəzetlərdə çalışıb. Deyir ki, fəaliyyəti boyunca cəbhə xəttindən hazırladığı bütün xəbərləri xatırlayır. Ən sevincli xəbəri isə elə döğulduğu Ağdərənin azad edilməsiylə bağlı olacaq.

- Jurnalistikaya gəlişiniz necə olub?

- Uşaqlıq vaxtlarından mütaliəyə çox böyük marağım olub. Təkcə kitab deyil, o zamanın mətbu orqanları olan “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Göyərçin” jurnalının heç bir nömrəsini nəzərdən qaçırmadan oxuyurdum. Oxuduğum hər bir əsərin qəhrəmanı içərisində özümü təsəvvür edirdim. Xəyallarımda qurduğum bəzi epizodları vərəq üzərinə köçürürdüm. Məktəbdə divar qəzetinə bir neçə dəfə həmin yazılarımı vermək istədim. Amma, ürəyimdə kimsə lağ edər qorxusu olduğu üçün etmədim. 9–cu sinifdə oxuyanda imtahan verirdik. 4 mövzudan biri sərbəst mövzu idi. “SOVET – ABŞ Münasibətləri, Yenidənqurma”. Bu mövzunu sinifdə yazan tək mən oldum. Həmin inşada, Qorbaçov – Reyqan görüşü, orta və yaxın mənzilli raketlərin ləğvi kimi məsələlərə o zamankı düşüncə tərzimlə “analiz” vermişdim. Yazıma ilk əhsən deyən Xasa müəllimə oldu. O, inşanı oxuduqdan sonra vərəqləri əlinə alıb, havada yelləyərək, “Baxın, əsl inşa belə olar ” – dedi. Həmin gün sevincimdən yerə - göyə sığmırdım. Məndən yaxşı oxuyan uşaqlardan fərqli olaraq sərbəst mövzunu tək mən işləmiş və “əhsən” almışdım. Bu halın olması isə məni, qələmə bir az daha bağladı və mən jurnalist olacağımı qərara aldım. Onu deyim ki, kimsə mənim bu istəyimə xeyir–dua vermədi. Özünə başqa iş tap işlə, deyən də oldu. Amma, mən qərarımı qəti verib, bu sahəni seçdim. Qəzet üçün yazılan ilk məqaləmə indiki “Tərtər” qəzetinin baş redaktoru olan Tofiq Yusif istiqamət verib. Sonralar tale elə gətirdi ki, Tahir Abbaslı da bu sahədə mənə öz dəyərli tövsiyyələrini verdi.

- Bəs Qarabağ bölgəsinə?

- Qarabağ bölgəsinə jurnalist kimi təyinatım “Veteran” qəzetilə oldu. 1997–ci ildən yaradılan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini orqanı olan bu qəzetin əməkdaşı olmaq bir çoxlarının arzusu idi. 32 nəfər üç aylıq sınaq müddətinə götürülmüşdük. Verilən müddət başa çatandan sonra seçilən 3 nəfərin biri mən idim. İlk olaraq, Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonları üzrə bölgə müxbiri kimi fəaliyyətə başladım. 2 ildən sonra isə paralel olaraq, “Meridian” qəzetinində Qarabağ bölgəsi üzrə müxbiri kimi işimi davam etdirdim. 2009–cu ildə regionda ilk peşəkar televiziya açıldı. Məndə sənədlərimi hazırlayıb televiziyanın kadrlar şöbəsinə təqdim etdim. Elə ilk müsabiqə zamanıda “Qarabağ” bölgəsində çalışmaq istəyim nəzərə alındı. Artıq 2009–cu ildən bu günə kimi, bu Televiziyanın bu bölgə üzrə müxbiri kimi əmək fəaliyyətimi davam etdirirəm.

- Jurnalist fəailiyyətinizin ən maraqlı anları hansılardır? Hansı xəbəriniz yadınızda çox qalıb?

- Bir müddət qəzetdən uzaq oldum. Bu vaxt ərzində isə sadəcə öz yaradıcılığımla məşğul idim. Hətta qəzetdən uzaq olduğum vaxtlarda belə ən böyük istəyim, televizya sahəsində çalışmaq idi. Ən böyük arzum, Qarabağ, xüsusilədə Ağdərə həqiqətlərilə bağlı geniş tamaşaçı auditoriyasını maarifləndirmək idi. Bu məqsədlə də o vaxt fəaliyyət göstərən bir neçə televiziyaya müraciət etmişdim. Bütün sınaqlıardan keçəndən sonra nədənsə işim alınmırdı. Səbəbini maraqlandıqda isə eyni cavablar alırdım. “Özümüz əlaqə saxlayacağıq”. 2009-cu ildə regionda ilk peşəkar televiziyanın açılması xəbərinə çox sevindim. Bir çoxlarından fərqli olaraq bu kanalın rəhbərliyi mənim təkliflərimi qəbul etdi. Bu bu vaxta qədər təmas xəttində çəkdiyim bütün çəkilişlərin demək olar ki, hamısı yadımdadır. Qarşıma qoyduğum yalnız bir arzu var ki, bunu bütün həmkarlrım istəyir. Qarabağın alınması xəbərini vermək və işğaldan azad olunan ərazilərdən reportajlar hazırlamaq.

- İnformasiya müharibəsində cəbhə bölgəsindən xəbərlərin, xüsusi ilə hərbi məlumatların çatdırılmasının mühüm rolu var. Bu baxımdan təklifləriniz nədir?

- Cəbhədə çalışan media nümayəndələri burda təkcə xəbər yaymaq xatirinə çalışmırlar. Biz burda bir neçə istiqamətdə öz üzərimizə düşən həm iş, həmdə vətəndaşlıq borcunu yerinə yetiririk. Həssas məqamlar zamanı, bizi təmas xəttində görən kənd sakinlərinin bizə verdikləri suallar və bizdən ümidverici cavabklar gözləməkləri, üzərimizdə nə qədər məsuliyyətin olmasının bir xəbərçisidir. 2014–cü ilin avqust hadisələrini xatırlayın, biz media nümayəndələrinin xəbər baxımından həmrəy olduğumuz az hallardan biri olub. Hərəmiz bir cəbhədə səhərə qədər yatmayıb hadisələrin gedişatını izləyrdik. O zaman Bakıda fəaliyyət göstərən bəzi media qurumlarının gənc əməkdaşları da bölgəyə axın etmşdilər. Gördükləri və eşitdikləri hər nə vardısa dərhal paylaşır və bununlada ictimaiyyət arasında ajiotajın yaranmasına səbəb oldular. Belə anlarda biz həm informasiya ilə cəmiyyəti təmin etmək, həm dezinformasiyların yayılmasının qarşısını almaq, həm bölgəyə bələdçiliyi olmayanların yanlış addım atmaması üçün, öz növbəmizdə onlarla öz iş təcrübələrimizi bölüşməliyik. Bundan başqa, Müdafiə nazirliyi tərəfindən akkreditə olunan müxbirlərin lazım olan anda təmas xəttinə yaxın olan ərazilərdə çəkiliş aparmaları çətinliyi hələ də tam aradan qaldırılmayıb.

- Nələri Qarabağ bölgəsindən xəbərin özəllikləri hesab edirsininiz?

- Qarabağ bölgəsindən verilən xəbərlərin hər biri mühüm xəbər sayılır. Bəlkə də bu suala cəbhə ilə bağlı cavab verəcəyimi düşündünüz. Əslində, Qarabağla bağlı verilən bütün xəbərlər və araşdırmalar xüsusi əhəmiyyətə malikdir və öz özəlliyini qoruyur. Çox təəssüflər olsun ki, hələdə içərimizdə öz rayonu, hətta öz kəndinin işğal tarixini bilməyənlər var. Buna görədə həm cəbhə ilə bağlı olan, həmdə yaşayış məntəqələrində sosial-iqtisadi məsələlərlə bağlı olan xəbər mövzuları diqqətdə saxlamaq lazımdır. Təbii ki, bütün mövzuların başında isə ordumuzun cəbhədə əldə etdiyi uğurlar dayanmalıdır.

- Cəbhə bölgəsindən xəbərdə daxili senzura olmalıdımı və varsa sizin üçün, bu nədir?
- Bu suala konkret 2014-cü il hadisələrilə cavab vermək istəyirəm. Həmin vaxtlarda bilirsiniz ki, respublikanın bir neçə media qurumuindan bölgəyə bələd olmayan gənc jurnalistlər çox gəlirdilər. Onlar elə başa düşürdülər ki, jurnalist olmaq elə eşitdiyi hadisəni dərhal yaymaqla bitir. Əslində onları qınamırdım, əksəriyyəti sensasiya axtaran saytların müxbirləri idilər. Bizdə də bəzi xəbər saytlarının tutduğu yol xəbəri dəqidləşdirmədən necə gəldi, “təki ilk olaraq mən dərc edim” prinsipiallığı var. Hərbi mövzularda bu yolverilməzdir.

- Ekstremal şəraitdə, o cümlədən, cəbhə bölgəsində xidmət edən müxtəlif peşə sahibləri – məsələn hərbçilər üçün, müəyyən güzəştlər vəya üstünlüklər var. Media nümayandələri üçün, hər hansı bir güzəşt və ya imtiyaz arzu edərsinizmı?

- Təbii ki, ekstrimal şəraitdə çalışmağın özü böyük bir riskdir. Çox təəssüflər olsun ki, dünyanın bir çox media qurumlarında olduğu qədər diqqətdə deyilik. Qarabağ bölgəsində, ön xəttdə reportaj hazırlayan jurnalistin təhlükəsizliyi nədənsə arxa plana keçib. Bu məsələ hələ indiyə kimi, kiminsə yadına düşməyib. Siz güzəştlərdən dediniz, əlbətdə müəyyən güzəştlərin olmasını istəyədim. İlkin olaraq, həssas bölgədə fəaliyyət göstərən çəkiliş qrupunun həyat sığortası vacibdir. Hər anımızın ölümlə göz-gözə olduğunu 2014-cü ilin avqust və 2016 -cı ilin aprel hadisələri zamanı hər kəs gördü zənn edirəm. Ümumiyyətlə, müəyyən güzəştlər olsa yaxşı olar.

- Hər xəbər tarixin hansısa məqamını təqdim edir. Jurnalist kimi hansı tarixin yazılmasında rolunuz olub?

- Uzun illər mənim doğulduğum Ağdərə kəndlərinin işğalı, Ağdərə uğrunda gedən döyüşlər, bu yerin tarixi barədə heç bir geniş informasiya verilməyib. Ağdərədən rayon statusunun götürülməsi məsələsilə bağlı olan həqiqətlər barədə çox təəssüf ki, respublikamızda fəaliyyət göstərən heç bir media qurumları hansısa bir reportajla hazırlamayıb. Elə bil heç yoxmuş kimi, ümumiyyətlə mediada bir susqunluq olub. Bu susqunluqda rayon statusunun ləğvilə bağlı bəzi məsələləri qaranlıq saxlayırdı. Televiziya sahəsində çalışmağa başlayandan sonra, mənim təklifimlə Ağdərədən rayon statusunun götürülməsi məsələsi barədə EL Regional Televiziya Şirkətinin efirində yayımlanan “İndiki zaman” tok şousunda 6 aylıq fasilə ilə iki dəfə bu məsələ ictimai müzakirələrə çıxarıldı. Elə həmin zamandan da böyük səs- küy yaratdı. 1905- ci ildə ermənilərin Qarabağda törətdikləri ilk soyqırım aktı, Ağdərənin Umudlu kəndində həyata keçirilib. Həmin soyqırımdan qaçan iki nəfər olub ki, onların övladlarının dilindən Umudlu soyqırımı barədə xəbər reportajın hazırladım. Bir ailənin 5 üzvünü şəhid verən özü isə azyaşlı olmasına baxmayaraq düşmənlə üz – üzə atılmaada yaranaraq çıxarılan Bəxtiyar Əsgərov və onun ailəsi barədə yazan ilk telejurnalist olmuşam. Bəxtiyar Əsgərovun özü deyir ki, bu zaman kimi onun ailəsilə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları maraqlanıb. Media işçisi olaraq onun ailləsi barədə ictimaiyyətə ilk informasiyanıda mən vermişəm. Onuda deyim ki, 5 ailə üzvünü itirən Bəxtiyar onlara hələ də şəhidlik statusunu ala bilmir.

- Həmişəkinin əksinə olaraq, sizdən müsahibə alırlar. Necə hissdir?

- Bəzi hallarda müsahiblərimizin suallarımız gəlmədən öncə belə keçirdiyi hissləri bilirik. İndi özüm müsahib olanda onların hansı hiss və həyəcan keçirdiklərini yaşayıram (gülümsünür).

- Özünüzə 1 sual verin və cavablandırın.

- Həmişə özümə verdiyim sualı indidə verirəm. “Axı niyə?” Bu sualı mən özümə hələ 6–cı sinifdən şüar etmişəm. Oxuduğum bədii ədəbiyyatların hər birində xalqımızın necə mətin, mərd, dəyanətli və zaman–zaman bu xalqın öz içərisində yetişdirdiyi qəhrəmanlar olub. Amma, indi görürəm ki, illərdir ki, gördüyü dəhşətlərin fonunda böyüklərimiz “erməni qan görəndə qorxur” demələri bizdə bir arxayınçılıq yaradaraq düşməni zəif qəbul etdirib. Amma düşünmüşəm ki, biz hər birimiz təkcə cəmiyyət yox, VƏTƏN və XALQ sevgisini evimizdən başlamalıyıq. Bu cür düşünəndə fikirləşirdim ki, görəsən bu təbliğat geniş yayıla bilərmi. İndisə deyirəm ki, “Əlbətdə ”

- Jurnalist kimi kiminsə həyatını yaxşı mənada dəyişə bilmisnizmi?

- Bu gün mənə zəng edən bir çox gənclər var. Onlar müxtəlif qurumlarda müxtəlif sahələr üzrə mütəxəssis kimi çalışırlar. Hər dəfə zəng edəndə “Sizin filan tövsiyəniz məni dəyişdi. İndi görürəm ki, o vaxt siz bu günü deyirmişsiniz” sözlərin eşidəndə ürəyim dağa dönür. Sevinirəm ki, nə yaxşı ki, bu cəmiyyətə belə sağlam fikirli gənclərin bəxş olunmasında mənimdə əməyim var.

- Jurnalistikanı seçən gənclərə məsləhətləriniz nə olardı?

- Bəzən deyirlər ki, “Qeyri peşə sahibləri mediada çalışa bilməz.” Bu fikirlər başdan – ayağa yanlış fikirdi. Əgər belə olsaydı o zaman H. B. Zərdabini gərək qəbul etməyək. Jurnalistika fakultəsini bitirən gənclərə isə bunu deyə bilərdəm: Mediamızın sağlam təməllərin gur axımını biz gətirdiksə, bundan sonrası sizlərə əmanət.
Şöhrət Eyvazov
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.08.2020
“Bu gün-sabah mən də gedəcəm” - Siyavuş Novruzovla - MÜSAHİBƏ
31.07.2020
"Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq" - Karaulov - MÜSAHİBƏ
28.07.2020
İlk görüşdə açıq dedim, bizimki tutmayacaq... - Polad Həşimovun xanımı hər şeyi danışdı
27.07.2020
Yeni Təhsil nazirinin uğur hekayəsi - 6 il əvvəlki MÜSAHİBƏ
20.07.2020
“Arzuladım ki, əli-ayağı olmasa da sağ olsun, çiynimdə daşıyım” - Şəhid ailəsindən videoreportaj