Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6994

Digər sorğular

Ərdoğan AVRO-2020-nin oyunlarını izləmək üçün Bakıya gələcək

09:22  |    16 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələ bilər.

“Report” xəbər verir ki, dövlət başçısı bu barədə ATV və “A Haber” telekanallarının ortaq yayımında bildirib. Ərdoğan bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə danışdığını söyləyib: “Bu da qəribə işdir - İtaliya ilə başlayırıq. İtaliya öz evində oynayır. Bu, necə bir işdir? Digər iki matçımızı Bakıda keçirəcəyik. Oradakı oyunlara gedə, Romaya getməyə bilərəm. Ancaq digər iki görüş Bakıda olacaq. İlham Əliyev qardaşımla da danışdım. Gözləyir. İnşallah, ora gedər, iki matçı izləyər və qrupdan çıxarıq”.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.07.2020
Cüdoçularımızın ermənilər üzərində qələbələri
21.07.2020
Həbib Nurməhəmmədov döyüşdən imtina etdi
17.07.2020
Dünya şöhrətli futbolçu Azərbaycanı tərk etdi, ancaq şəhidlərimizi unutmadı - FOTO
16.07.2020
İsrailli futbolçudan şəhid olan generalımızla bağlı PAYLAŞIM
15.07.2020
Rəşad Sadıqov "Qarabağ"dan getdi